Vaxt səhər !!! (Sübh)
Üfüqdən günün qızıl çiçəyi açmaq üzərə idi . Zamanın bətnində sabahın nütfəsi düşdü az öncə . Gecənin qarasında gizli işıqdan toxumlar başlarını uzatdı . indi xatırla ki , sən də hər zamanlar yoxluğun qaranlığında idin . Unudulmuş torpağına basdırılmış bir toxum idin . Heç kimsənin adını bilmədiyi , xatirənə saymadığı bir yetim idin . sənin də varlığın şəfəqi sökdü illər öncə . Unudulmuşluğun dibsiz quyusundan çıxarıldın . Ana bətninə kiçik damlacıq olaraq düşdün . Varlığından xəbərdar deyildi sevdiklərin . Xatırlanmaya dəyər bir şey deyildin . İndi xatırla ki unudulmuşluğun torpağında Rəbbin səni unutmadı . Rəbbin səni sahibsiz də buraxmadı . Rəbbin səni yoxluq gecəsindən varlıq üfiqünə yetişdirdi . təzə bir bahar kimi gün üzünə cıxardı bədənini .
Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78) ...
Gün ortası . dünya həyacanındasan . İşlər cox . yarım qalmış nə cox iş var . Sanki sənsiz getmir heç bir iş . Sanki sən olmasan işlər həmişə yarım qalacaq . Bəlkə heç başlamayacaq . Nə qədər cox görüləsi işlərin var . Və nə qədər cox lazımlısan . Vaxt günorta , günəş göyün ən yüksək yerində . Eyni ilə gəncliyin kimi . İndi gün də bir dıliqanlı və həyəcanlı . . . Sanki heç bitməyəcəkmiş kimi , heç axşam olmayacaqmış kimi . . . Vaxt günorta . . . O qədər gurultu var ki ortalıqda . Qəlbinin səsini duya bilmirsən . Ruhunun sonsuza uzanan əməllərinə kor olmaq üzərəsən . Həyəcanlarının arasından sıyrıl indi , yer ayır ruhuna . Əbədi sükunətə hazırla özünü . Sonsuzluğa bitişdir qəlbini . Səcdəyə dəydir alnını . Çünki vaxt günorta . Və indi günorta namazı vaxtı . . .
Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
Gün günorta . Günəşin solğun rəngini buraxır güllər üstünə . Ayrılığı söyləyir hüzün-hüzün . Kədər , rəngli buludlar bürüdü göyü . Günəşin səltənəti bitmək üzərə . Yıxılır artıq zaman . Xatırla ki , sən də bir ömrün ikindisinə gedirsən . Cavanlığın yavaş-yavaş solmağa başıayır . Üzünü bu dünyadan çevirməyə hazırlaşırsan . O biri tərəfindəsən artıq cayın . Bundan sonra zamana etibar yox dur . Bundan sonra etibar yoxdur sənin həyatına . Yoxuş aşağı axır qəlbin . İndi vaxt ikindi . Qəlbini qanadır quru gül yarpaqları . Tuta biləcək budaq axtaran kimisən zamana qarşı . Zamanın hökmü ağirlaşır üzərində . Gün daha qısa gəlir artıq . İndi anlıyirsan . Yoxuş aşağı axırsan . Budağından qopursan . Zaman bir külək artıq . Geriyə qalan ancaq iman . İndi ikindi vaxtı . Səcdəyə qoy alnını . Əyl zamanın sahibinin qarşısında . Ona danış , Onunla danış , fısılda dualarını . İndi vaxt ikindi . İndi ikindi namaz vaxtı
Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
Gün ölmək üzərə . Günəş işıqlarını toplayır əşyanın üzərindən . Gizlicə qiyaməti qopur dünyanın . Qara kəfənini geyinir gün . Gülün rəngi solur , əşyanın cazibəsi itir . Xatırla ki , sənin də axşamın olacaq bir gün . Ömrünün işıqları solacaq . Həyatının pərdəsi cəkiləcək . Sənin də qiyamətin qopacaq . Dodaqlarında donacaq gülüşün günəşi . Zaman uçurumun olacaq , gələn günün günəşi sənə doğmayacaq . Unudulacaqsan və hətta unudulduğun bele unudulacaq . Adın səslənməyəck orda burda . Kimsə yolunu gözləməyəcək . Üzərindən bütün işıqlar çəkiləcək . Vəsənin də axşamın olacaq . İndi axşam gün axşamdır . Unutma ! Ölmədən əvvəl bil öləcəyini ki , yaşadıldığını biləsən . Hər kəsin səndən uzaq duracağıölüm anını xatırla ki , sən də indi hər kəsdən və hər şeyden uzaqlaşıb Rəbbinə yanaşasan . Səni sən yox ikən də bilən Rəbbin , sən öldükdən sonrada biləcək əlbət . . . Hər kəsin unutduğu yerdə səni bir O xatıtlayacaq . Ömrünün gecəsində günəşi sənə yalnız O gətirəcək . Xatirəni yalnız o biləcək . İndi axşam . Sən də Onu yada sal indi . Səcdəyə get . İndi axşam . Və indi axşam namazı vaxtı .
Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
Gün çoxdan öldü . Günəş işıqlarını topladı . İndi gecə hökm edir aləmə . Günəşin səltənəti bitdi . İşıqlar Tükəndi üfüqlərdə . Rənglər əllərini çəkdi əşyadan . Gül soldu gün soldu . Göyə yönəldi gözlər . Baxışlar qaranlığa bulandı . İndi xatıtla ki , sən də unuduluşun o qara gecəsinə yuvarlanacaqsan , Sadəcə adın qalacaq geriyə . Bəlkə bir məzar daşı xatırlayacaq səni . Bəlkə o da unudacaq . Düşün ki , unuduluşun qaranlığı çökmüş üzərinə . Yoxluğuna çoxdan alışılmış . Unuduluşun hamı tərəfdən qəbul edilmiş . Heç kimsənin darıxdığı birisi belə deyilsən artıq . Gecə , gecə , gecə . . . Sabaha cox var . İşıq uzaqlarda . Yoxluğun gecəsində adın belə unudulmuş , ikən , kimdən yardım umasan sual ver özünə . Kim sənə heç yoxdan həyat vermişsə , qurumuş sümüklərini toplayıb dirilden O olacaq əlbətdə . Heç axşamı olmayan bir sabaha oyanmaq üzərə girdin ölümün gecəsinə . Özünə söyləsənə . Söylə özünə . Söylə özünə ki , Coxlarının səni unutduğu bu gecə . sən də hər kəsi unudub Onu xatıtla . Söylə özünə ki , çoxlarının işıqlara aldanıb saxta rənglərin quyularına daldığı bu gecə , Rəbbini yada sal , Rəbbinə inan , Rəbbinə oyan . İndi işa vaxtı . Və indi işa namazı vaxtı .
İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)