Günümüzdə mövcud olan bir çox xəstəliklər vardır ki, insanların çoxu bundan əziyyət çəkirlər. Müsəlmanlar bu cür xəstəlikləri gördükdə ibrət götürməli və onlarda bu cür xəstəliklərə tutulmaması üçün öncədən öz tədbirlərini görməldirlər. Bu xəstəliklərdən biri də qəlb xəstəliyi olan sehr, cadu və göz dəymədir. Bir çox müsəlmanlar bunun mahiyyətini dərk etdikləri halda tədbir görmürlər və bu xəstəliyə tutulduqdan sonra onun bədəlini ağır ödəyirlər. Müsəlmanlar bu xəstəliyə tutulmasınlar deyə və ya tutulduqdan sonra qurtulsunlar deyə aşağıda qeyd etdiyimiz nəsihətlərə əməl etməlidirlər.
1. Vacib buyurulan namazları vaxtı vaxtında qılmalı.
2. Quranı lazımı tərzdə oxumaq.
3. Zikr etməyə həris olmaq. Bacardığın qədər zikrləri çoxaltmaq. Uca Allah buyurur: "Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (ər-Rad, 28).
a) Səhər və axşam zikrlərini tərk eləməmək. Xüsusən də "kursi ayəsini", "əl-Fələq və ən-Nəs" surələrini, "Əuzu bikəlimətilləhi-t-təmməti min şərri mə xaləq" duasını 3 dəfə və "Bismilləhiləzi lə yadurru maa ismihi şahun fil ardi valə fis-səməi va huva-s-samiul alim" duasını 3 dəfə oxumaq lazımdır.
b) Evdə əl-Bəqərə surəsini oxumaq. əl-Bəqərə surəsi oxunan evə şeytan daxil olmur.
c) Çoxlu-çoxlu dua eləmək
d) Yatmazdan əvvəl dəstəmaz almaq
e) Çoxlu sədəqə vermək
f) Ayaq yoluna girib çıxdıqda, evə girib çıxdıqda və s. zikrləri tərk etməmək
g) Saleh insanlarla oturmaq.
4. Töbvə edərək günahlardan uzaq olmaq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin" (ət-Təhrim, 8).
5. İbadətləri bacardığın qədər artırmaq.
a) Zəkat verib sədəqəni çoxaltmaq.
b) Çoxlu nafilə orucları tutmaq.
c) Çoxlu nafilə namazları qılmaq.
d) Həcc və ümrə ziyarətlərini etmək.
6. Hər bir işdə Allaha təvəkkül etmək. Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər" (ət-Talaq, 3).
7. İslam şəriətinə uygun hicab taxmaq.
8. Cümə namazlarını tərk etməmək və tez getmək.
9. Haram yeməmək və içməmək.
10. Bəla gəldikdə səbr, yaxşı günlərdə isə şükr eləmək.
11. Allahın qəzəbindən qorxmaq, əzabın gəlməməyindən isə əmin olmamaq.
12. Hər bir işin başında "Bismilləh" demək.
13. Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) salavatı çoxaltmaq.
Ramil Soltanov (Ilahiyyatçı)