Eşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar. Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz. Onu da qeyd edək ki, vaxtıda müdaxilə edildiyi təqdirdə eşitmə qüsuru ilə doğulan uşaqların böyük əksəriyyəti bir müddət sonra normal eşitməyə başlayırlar.
Körpənin eşitmə problemi ilə doğulmasının bir çox səbbləri var. Bunlardan məyən anaların günahı ucbatından baş verir. Məsələn qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalaırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır. Belə ki, valideynlərdən birində uşaq vaxtı eşitmə problemi olubsa bu mütləq özünü körpədə də göstərəcək.
Aşkar nişanələr
Ancaq valideyn nə qədər diqqətli olsa belə “dilsiz-ağızsız” körpənin problemini anlamaqda çətinlik çəkəcək. Lakin problemin aşkar əlamətləri var ki, bununla balacada eşitmə qüsurunun olmasını başa düşmək olar. Beləliklə əgər körpənizdə aşağıda göstərilən hallar baş veribsə onda eşitmə qüsurunun olması ehtimalı xeyli artmış olur:
- Körpənin üzündə normal olmayan görünüş
- Körpənin 5 gündən çox reanimasiya modulunda qalması
- Körpəyə damardan antibiotik verilməsi
- Körpənin menenjit keçirməsi
- Körpədə n evroloji qüsurların olması
- Körpənin 9 gün ündən 2 yaşına qədər ağır kəllə — beyin travması alması
- Körpənin qulağından maye gəlməsinə səbəb olan, 3 aydan çox davam edən və xroniki hal alan qulaq infeksiyasına yoluxması
Bundan əlavə...
Əgər uşağınız, 6 aylığına qədər;
- Səslərə ağlamaq, gülmək və ya digər bir formada reaksiya vermirsə;
- Səs-küyə oyanmırsa;
- Səsləri təqlid etmirsə;
- Başını səs gələn istiqamətə çevirmirsə:
6 — 12 ay arasında;
- Soruşduqda ona tanış bir obyekti və ya şəxsi göstərə bilmirsə;
- Qəribə səslər çıxarmayıbsa (və ya ümumiyyətlə danışmırsa);
- Sadə komandalara (“Əlini yellə”, “Gül” və s.) reaksiya vermirsə:
18 ay — 2 yaş arasında:
- İlk çağırışdaca səsinizə və ətrafdakı səslərə reaksiya reaksiya vermirsə;
- Səsin haradan gəldiyini çətinliklə müəyyən edirsə;
- Tanış simalar və ya cismlər gördükdə sadə sözlər işlətmirsə;
- Yaşıdlarının istifadə etdiyi sözləri deyə bilmirsə:
Yuxaridakı 3 bölmədə göstərilən əlamətlərdən he, olmasa biri uşağınızda müşahidə edilirsə deməli ondaeşitmə ilə bağlı problem var. Onu durmadan eşitmə cihazında eşitmə testindən keşirin. Qeyd edək ki, bu testdən keçmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hətta yeni doğulmuş körpə belə bu prosedurdan keçirilib qulağında problemin olub-olmamasıilə bağlı dəqiq diaqnoz qoyula bilər.
Yox əgər yuxarıda göstərilən əlamətlər körpənizdə yoxdursa lakin o hələ də danışmırsa o zaman danışma mütəxəssisinə müraciət edib uşağın dil inkişafını yoxlatmalısınız. Sözügedən mütəxəssislər həm uşaq xəstəxanalarında həm də əksər özəl klinikalarda var.
Unutmayın ki, “Ehtiyatlı igidin anası ağlar qalmaz”. Odur ki, uşağınızda eşitmə və ya digər bir xəstəliyin olmasıyla bağlı şübhəniz varsa durmadan həkimə müraciət edin. Əgər onda xəstəlik tapılmasa belə həkim yoxlanışının ona heç bir ziyanı olmayacaq. Ancaq gecikməklə uşagınızı ömrü boyu həyatın gözəl səslərini eştməkdən məhrum edəbilərsiniz.
Mənbə: tibb.az