Həqiqi möminlər üçün Cənnətdə hazırlanmış bir çox gözəlliklər və ləziz təamlar arasında “misilsiz xurmalar”-ın da adı çəkilir (“Rəhman” surəsi, 68).
Bundan başqa Quranda xurmanın doğuşa kömək funksiyası barədə xatırladılır: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”
Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi). (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun…” (“Məryəm” surəsi, 23-26).
Müəqddəs Quranda xurmanın adının 20 dəfə çəkilməsindən onun orqanizm üçün necə faydalı bir nemət olduğu bilinir. Peyğəmbərimiz Muhamməd (sallalahu aleyhi və səlləm) xurma ağacı barədə bir hədisdə belə deyilir: “…İftarınızı xurma ilə açın. Əgər xurma yoxdursa, onda üzümlə iftar edin. Və əgər üzüm də yoxdursa, onda sadəcə olaraq su ilə iftar edin. Həqiqətən də su – pak edəndir (təmizləyəndir)”.
Xurmada ana südünü körpənin tam sağlam inkişafı üçün lazım olan mühüm vitaminlərlə zənginləşdirən elementlər (vitaminlər – fol turşusu (B 9), B6, B1, B2, A, betakarotin, mikroelementlər – kalium, maqnezium, dəmir, kalsium, fosfor, hormonlar – oksitosin) var. Bu elementlər körpənin orqanizminin bir çox xəstəliklərə qarşı müqavimətini artırır, xurmanın tərkibində olan oksitosinin hesabına uşaqlığın yığılması baş verir.
Doğuş prosesindən dərhal sonra, oksitosin ananın orqanizmində süd vəzilərinin süd əmələgətirmə mexanizmini işə salan maddə kimi fəaliyyət göstərməyə başlayır və qadının orqanizminin bərpasına kömək edir. Xurma maqnezium və B1, B6 və B2 vitaminlərinin sayəsində həmçinin təbii anti-depressant kimi təsir göstərir. Xurmanın tərkibində olan betakarotin maddəsi xərçəng xəstəliklərinin profilaktikasında mühüm rol oynayır.
Süd artırmaq üçün resept:
Gündə 3 dəfə, yeməkdən əvvəl 3 xurma yemək.
Qoz, fındıq və badam - bu kimi çərəzlər faydalı yağlarla zəngin olduğundan süd verən anaların mütləq istifadə etməsi lazımdır. Bu yağların tərkibində olan bəzi amin turşuları süd yaranması üçün lazımlı olan seratoni hormonunun əmələ gəlməsini təmin edərək südün miqdarının artırılmasına və keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Lakin bu çərəzlər çox kalorili olduqlarına görə gün ərzində 3-4 bütöv qoz, 10-12 ədəd çiy badam və fındıq yeyilməlidir. Siz də südünüzü artırmaq üçün dərmanlardan istifadə etmək yerinə bu cür təbii qidalardan istifadə edərək həm uşağınızın yaxşı doymasına, həm də sağlam inkişafına şərait yaratmış olarsınız.
Su - Ana südünün miqdarını artırmaqda ən təsirli və asan üsul su içməkdir. Ana südünün 87%-i sudan ibarətdir. Buna görə də süd verən analar bu müddətdə normal ehtiyaclarından daha artıq miqdarda su içməlidirlər. Belə ki, normal insanın gündəlik içməli olduğu su miqdarı 2 litr ikən, süd verən analarda bu miqdar gündə 3-3,5 litr olmalıdır. Bunun da 2-2,5 litri su ilə, qalanı isə şəkərsiz kompotlar, bitki çayları və ayran kimi içkilərdən qarşılana bilər.
Yulaf - ana südünü artıran faydalı qidalardan biridir. Son vaxtlar aparılan araşdırmalar nəticəsində anada dəmir azlığının südün az olmasına səbəb olduğu görülmüşdür. Yulaf da dəmir baxımından zəngindir və dəmir azlığına qarşı mübarizədə əhəmiyyətli rola malikdir. Bundan əlavə yulaf rahatladıcı təsiri ilə südün döş kanallarından irəliləməsini təmin edən oksitosin hormonunun ifrazına səbəb olur ki, bu da südün kanallardan irəliləməsini sürətləndirir. Buna görə də hər gün səhər yeməyində bir kasa südlü yulaf sıyığı yemək də südü artırmaqda ən təsirli və asan yollardandır.
Mənbə: saglamolun.az