Əksər körpələrdə 6 ayında kəsici dişlər çıxmağa başlayır, lakin bəzilərində 3 ay kimi erkən bir dövrdə də diş çıxması normaldır — hətta bəzi körpələr dişləri çıxmış vəziyyətdə doğulur, lakin bu normal deyil. Digər körpələrdə dişlər gec çıxır, ancaq uşaq ilk ad gününədək diş çıxartmasa, bu barədə həkimlə məsləhətləşmək məsləhətdir.
Diş çıxarma ağrısının səbəbi
Körpənin dişləri inkişaf etdikcə, onların üst kənarları diş ətinə keçərək, tez-tez narahatlığa səbəb olur. İlk bir neçə dişdə körpənin öyrəşmədiyi hiss narahatlığa və qıcıqlanmaya səbəb olur. Azı dişlərin çıxması onların böyük ölçülü olmasına görə daha çox narahatlıq verə bilər.
Körpənin diş çıxarma əlamətləri
Diş çıxarmanın verdiyi narahatlıq dişin görünməsindən əvvəl başlaya bilər. Diş çıxarma zamanı aşağıdakı simptomlar baş qaldırır:
- Daha çox diqqət tələb etmək və gecə daha çox ağlamaqQızarmış, çəhrayı yanaqlar
- Bir qədər yüksək temperatur (maksimum 39°C)
- Qırmızı, şişkin diş ətləri
- Daha çox selik axması
- Əllərini və ya digər əşyaları çeynəmək
- Daha çox yemək tələb etmək
- Diş ətləri ağrıdığına görə yeməkdən imtina etmək
- Adi vaxtlara nisbətən iştahın az olması
- Yuxu rejiminin pozulması
Körpənin diş ətlərinə diş çıxarma gelini sürtməklə körpənin narahatlığını azaltmaq olar. Xüsusi hazırlanmış diş çıxarma halqaları, xüsusən də soyuducuda soyudularaq istifadə etmək üçün nəzərdə tutulanlar da ağrını azalda bilər. Körpənizin ağzından çox su axırsa, ona əlavə su verməyi unutmayın. Onların çənə, boyun və sinəsinə sürtülən krem halsızlığı aradan qaldıra bilər. Ağrı az olduqda, təsəlliverici qucaqlamaq və ya maraqlı bir oyuncaq onun diqqətini diş ağrısından yayındırmağa kömək edə bilər. Həkiminiz həmçinin parasetamol və ya ibuprofen kimi körpələr üçün ağrı kəsici də tövsiyə edə bilər.
Mənbə: nutriciaclub.az