Uşağınız körpə olmaqdan uşaq olmağa keçdiyi zaman, intensiv fiziki və zehni inkişaf mərhələsi baş verir. Körpənizin əzələləri gücləndikcə, onun beyni yerimək və danışmaq kimi daha inkişaf etmiş fəaliyyətlər yerinə yetirməyə başlayır. Sağlam böyümə və inkişafı təmin etmək üçün, balanslı uşaq pəhrizi vacibdir.
Uşağın qidalanma ehtiyacları sizinkindən fərqlidir
Valideynlər bilməlidilər ki, sağlam uşaq yeməyi üçün onlar uşaqlarının xüsusi qidalanma ehtiyaclarını qarşılamalıdırlar. Bu ailə yeməyi planlaşdırılarkən nəzərə alınmalıdır. Nümunə olaraq:
Uşaqların yeməyinə duz və ya şəkər əlavə olunmamalıdır
Uşaqlar gündəlik 2 q-dan az duz qəbul etməlidirlər — böyüklərin qəbul etdiyinin 1/3 hissəsi qədər. Buna görə də, bir çox böyüklər üçün yeməklər uşaqlar üçün uyğun sayılmır. Uşaqlarınız üçün hazırladığınız yeməyə duz əlavə etməyinizin məsləhət görülmür. Meyvələrdə, tərəvəzdə və süddə olan təbii şəkər yaxşıdır, lakin şəkər əlavə olunmuş qidaları istifadə etməyin.
Uşaq üçün vitaminlər və minerallar
Uşaqların müxtəlif əsas qidalandırıcılara ehtiyacları var. Nümunə olaraq, onlar böyüklərlə müqayisədə 4 dəfə artıq dəmir, 2 dəfə artıq sink, 6 dəfə artıq kalsium (bədən çəkisinin hər kq üçün) tələb edirlər.
Kiçik pay ölçüsündə uşaq yeməyi
Sizin mədənizdən 3 dəfə kiçik mədəsi olan uşağınız az miqdarda və tez — tez yemək yeməlidir. Onlar tez böyüyür və daha çox fəal olurlar, buna görə də, hər qaşıq yeməkdə sizdən daha çox kalori (enerji) və qidalandırıcılara ehtiyacları var. Müntəzəm qidalandırıcı yüngül qəlyanaltılarla yanaşı üç kiçik, balansı yemək onlara gün ərzində lazımi enerjini və qidalandırıcıları təmin edəcək. Əla qidalandırıcı yüngül qəlyanaltı fikirləri üçün bizim uşaq üçün ən yaxşı yüngül qəlyanaltılar bölməsinə baxın.
Daha çox yağ, daha az lif
Uşağınızın nisbətən daha artıq yağlı və daha az lifli pəhrizə ehtiyacı var – bu böyüklərdə olan pəhrizin əksidir (bizim Yağlar və uşağınız barədə məqaləmizi oxuyun). Lifin böyüklər üçün xeyirli olmasına baxmayaraq, onun həddindən artıq qəbulu uşağınızı doydura və ehtiyacları olan enerji və qidalandırıcıları qəbul etməkdən çəkindirə bilər.
Prebiotoklər
Prebiotiklər uşağınızın qarnında olan faydalı bakteriyaları qidalandırır. Prebiotiklər ana südündə olur. Buna görə də, o uşaqlar üçün ən yaxşı qida hesab olunur. Lakin, onlar, həmçinin, banan, soğan, pomidor, kasnı və bəzi böyümə südlərində də mövcuddur. Bu qidaların uşağınızın pəhrizində olması faydalı bakteriyaların lazımi səviyyəsini təmin edəcək.
Uşağınız üçün süd və süd məhsulları
Süd hələ də uşağınızın pəhrizində mühüm rol oynayır: onlar gündəlik süd qəbulunu təmin etmək üçün 500 ml-ə qədər süd və ya süd qarışığı, pendir və qatıq qəbul edə bilərlər. Nutrilon 3 bir çox meyvələrdə, taxılda və tərəvəzlərdə təbii olaraq mövcud olan xüsusi ingredientlər olan cGOS/lcFOS prebiotikləri ilə birlikdə xüsusilə hazırlanmış böyümə südüdür. Bu məhsulda, həmçinin, uşağınızın beyninin inkişafı və sağlam qanı üçün vacib, inək südündən də artıq, olan dəmir var. İnək südündə olandan daha artıq miqdarda vitamin C ilə birlikdə Nutrilon 3 böyüyən uşağınızın ehtiyacı olduğu əsas qidalandırıcıları təmin edir.
Mənbə: nutriciaclub.az