Uşaqlarda əl yuma vərdişini necə və nə zaman yaratmaq lazımdır?

Uşaqlarda əl yuma vərdişini necə və nə zaman yaratmaq lazımdır?

«Uşaqlara əl yumaq vərdişi məktəbdən öncə aşılanmalıdır. Uşaqlar müntəzəm olaraq əl yumaq vərdişinə yiyələnsələr, bu onları qrip, Hepatit A, vərəm və ishal kimi bir çox xəstəliklərdən mühafizə edər».
Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Uşaqların əl yumaq vərdişinə yiyələnməyini istəyirsinizsə, ilk olaraq özünüz ona nümunə olmalısınız. Bundan da əhəmiyyətlisi bunu onlar üçün əyləncəli bir hala gətirməlisiniz.
uşaqlarda əl yuma
Bu üsulları tətbiq edə bilərsiniz:
1. Hamama və ya əl-üz yuyan ətrafına onun sevdiyi oyuncaq qoya və ya cizgi film xarakterini fotosunu yapışdıra bilərsiniz.
2. Ona əl yumağın vacibliyini əmr şəklində deməməli və təzyiq göstərməməlisiniz. Ona xəstəliklərdən bəhs edin və bu vacibliyi izah edin.
3. Əgər əlini yumağa müqavimət göstərirsə, onun diqqətini çəkmək üçün başqa üsullar tətbiq edin.
Uşaqla birlikdə mahnı oxuyub, əyləncəli halda başlaya bilərsiniz. Sevdirərək və bunu özünüz də sevərək edə bilərsiniz.
Uşaqlar əllərini nə zaman yumalıdırlar?
1. Yuxudan qalxan kimi
2. Tualetdən istifadə etdikdən sonra
3. Yeməklərdən öncə və sonra
4. Bayırdan evə gələn kimi
5. Əllərində çirk fərq edilən kimi
6. Öskürən və asqıran zamanı əllərindən istifadə edərsə
7. Heyvanlara təmas edərsə
 
Mənbə: fins.az
Top