Artıq 4 yaşına çatmış uşağınız münasibətlər, cinsiyyət, fərqli irqdən olan insanların fərqlilikləri kimi sosial mövzuların fərqinə varmağa başlayır.Xarici dünyaya atılan uşağınız ətrafda baş verənlər haqqında məlumat sahibi olmaq üçün çox suallar verməyə, başqalarının hissləri və ehtiyyaclarını anlamağa və ünsiyyət qurmağa başlayır.
Bəs 4 yaşlı uşağın digər xüsusiyyətləri nələrdir.- Böyük motorik bacarıqları
- Pilləkənlərdən kömək olmadan enib çıxa bilər.
- Qaçarkən öz istəyi ilə birdən dayanıb yenidən qaçmağa davam edə bilər.
- Arxa arxaya yeriyə bilər.
- Topu atıb tuta bilər.
- Tarazlığı yaxşı imkişaf etmiş olur.
- Topu hədəfə ata bilər.
- Ağaca çıxa bilər.
Kiçik motorik bacarıqları
- 10 və ya daha çox blokla qüllə düzəldə bilər.
- Çəngəl və bıçaqdan istifadə edə bilər.
- Paltarlarını özü geyinə bilər.
- Nümunəyə baxaraq geometrik fiqurlar çəkə bilər.
- Hərhansı bir mövzu haqqında şəkil çəkə və boyaya bilər.
- Böyük hərfləri nümunəyə baxaraq çəkə bilər.
- Böyük ölçüdəki düymələri açıb bağlaya bilər.
- Bir əlindən daha çox istifadə edər.
- 5-6 sözdən ibarət cümlələr qura bilər.
- Öyrəndiyi mahnıları oxuya bilər.
- Rəng və şəkilləri doğru adlandıra bilər.
- Qarşındakı insanla söhbət edə bilər.
- Niyə? və Necə? suallarını verə bilər.
- Daha elmi və texniki mövzular haqqında danışa bilər.
- Öz fikirlərini ifadə edə bilər.
- Sosial və emosional inkişafı
- Yeni nələrsə sınamaqdan zövq alar.
- Xəyali dostlar yarada bilər.
- Həqiqət və zarafat arasında fərqi başa düşməyə başlayar.
- İnsanların hisslərinin səbəblərini təxmin edə bilər.
- Qaydaların niyə olduğunu başa düşə bilər.
- Əsəbini sözlə ifadə etməyə başlayar.
- Oyun qura bilər və dostluq edə bilər.
Zehni inkişafı
- 1-dən 20-yə qədər saya bilər.
- Böyük və kiçik anlayışını başa düşə bilər və sıralaya bilər.
- Təxminən 10-15 dəq diqqətini bir mövzuya verə bilər.
- 3-4 işi növbə ilə yerinə yetirə bilər.
- Danışılan hekayənin davamını təxmin edə bilər.
- Problem həll etmə bacarığı inkişaf edir.
- Əşyaları kategoriyalara ayıra bilər.
Tərcümə etdi: Təhminə Mehralıyeva
Mənbə: dushunce.az