Peyvənddən öncə və sonra nə etməli

Peyvənddən öncə və sonra nə etməli

1. Peyvənddən 1-2 gün əvvəl uşağın qida rasionuna yeni qida əlavə olunmamalı, peyvənddən 1 saat əvvəl və sonra körpə qidalandırılmamalıdır.
2. Allergiyalı uşaqlara həkimin məsləhəti ilə antihistamin preparatlar və Kalsium preparatları təyin oluna bilər.
3. Evdə qızdırmasalıcı preparat olmalıdır.Peyvənd
4. Peyvənddən əvvəl qan və sidiyin analizi həyata keçirilməlidir.
5. Peyvənd günü, peyvənddən qabaq və sonra tempratur ölçülməlidir.
6. Pediatrın müayinəsindən keçməli və onun tam sağlam olması təsdiq edilməlidir.
7. Peyvənddən 5 gün qabaq və 5 gün sonra uşağa vitamin C verilməsi tövsiyə olunur.8.Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.
9. Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.
10. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadları haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.

Mənbə: drafetibrahimli.az, milli.az
Top