Körpələr üçün yemək resepti - Düyü sıyığı ətlə

Körpələr üçün yemək resepti - Düyü sıyığı ətlə

Ərzaqlar:
  • 2 x.q. düyü,
  • 3 stəkan su,
  • 100 q çiy mal əti,
  • 1/2 ç.q. kərə yağı.
körpələr üçün düyü sıyığı ətlə

Hazırlanması:
  • Yumşaq yağsız mal ətin üzərinə soyuq su töküb vam odda hazır olana qədər bişirin.
  • Əti bulyondan çıxarıb 2 dəfə ətçəkən maşınından keçirin.
  • Düyü suda hazır olana qədər bişirin, ət və duz əlavə edin, yaxşı qarışdırın.
  • Sonra sıyığı 3-4 dəq. ərzində vam odda bişirin və sonda kərə yağı əlavə edin.
Top