Uşaqlarda günlük içirilməli su

Uşaqlarda günlük içirilməli su

Altı ayadək uşaqlara su verilməsi tövsiyyə olunmur. 4 aydan böyüklərə yeməkdən sonra su təklif edə bilərsiniz amma əksərən ehtiyacları olmadığı üçün imtina edirlər və bu normal haldır.

Əlavə qidaya başlamış uşaqlara hər 3 saatda bir yeməkdən sonra 20-30 ml (uşağa görə bu rəqəm dəyişə bilər) su verilməlidir. 1-5 yaşlı uşaqlara 2-3 saatda bir 80-100 ml su vermək lazımdır.

Suyu uşaqlara yeməkdən sonra və ya yeməyin sonuna doğru vermək məsləhətdir. Yemək zamanı və ya yeməkdən əvvəl su içmək mədəni doldurduğu üçün yemək miqdarının azalmasına səbəb ola bilər.

Uşaqlara günlük içilməli su miqdarı:körpələrə su verməliyikmi
6-12 ay 30 – 100ml

1-3 yaş 1 – 3 litr

4-8 yaş 1 – 4 litr

9-13 yaş 1 – 2 litr

8-9 yaşa qədər uşaqların su ehtiyacı böyüklərdən daha çoxdur. Bu onlarda metabolizmin xarakteri ilə əlaqədardır.

Əgər uşaq 2 saatda bir sidik ifraz edirsə, sidik iysiz və açıq rənglidirsə kifayət qədər maye içir deməkdir. Bez geyinən körpələrdə isə günlük 7 bez islanırsa deməli bədənində kifayət qədər maye var.

Müəllif : Pediatr Ellada Nağıyeva
Mənbə : tibb-dunyasi.com
Top