Bir aylıq körpənin qidalanması

Bir aylıq körpənin qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədikdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur. Körpə uşağın istədiyi isə isti ana qucağıdır. Yenidoğulmuş uşaq müdafiəsiz, köməksiz və tamamilə öz anasından asılı olur.

Bəs nə etmək lazımdır?
Bu sual bütün anaları düşündürür, amma öz övladının ana südü ilə doyuzdurmaq istəyən ana, bu sualı ağlına da gətirmir və körpəsinə ana südü verir.

Anasının döş giləsini ağzına alan körpə isə həvəslə özünü doyuzdurmağa başlayır. Hətta qısa müddət keçdikdən sonra ana qucağına körpəsini aldığı zaman uşaq özü həvəslə döşü axtarıb tapır. Ana südü ilə qidalanma uşağın sağlam böyüməsinin sığortasıdır. 

Uşağın sağlam qidalanması üçün ana ən azı bir il müddətində onu əmizdirməlidir. Süd adətən doğuşdan sonra gəlməyə başlayır, ilk gələn ana südünün tərkibi isə vacib olan immunoqlobilin və antitoksinlərlə zəngindir. Bu maddələr isə uşaq orqanizminin müdafiəsi və həzmin normallaşması üçün çox vacibdir. Bəzən isə ananın südü uşaq dünyaya gəldikdən 3-5 gün sonra artmağa başlayır. Bu zaman ananın döşləri şişir, bərk əllənir və bəzən ağrılı olur. Belə əlamətlər meydana çıxan zaman isə dərhal uşağı əmdirmək lazımdır, yoxsa laktostaz və mastit baş verə bilər.

Bunların baş verməməsi üçün isə mama-ginekoloq gənc ananı məlumatlandrımalıdır, çünki anaların bəziləri öz uşağını sərbəst şəkildə qidalandıra bilmir. Əgər sizin körpəniz tamamilə doyubsa və sizin süd barədə heç bir probleminiz yoxdursa, o zaman əmizdirmədiyiniz zaman fasiləsində döşlərinizə yenidən süd yığılacaq. Yadda saxlamaq lazımdır ki, uşaq döş giləsini tamamilə ağzına almalıdır.

Əgər sizin laktasiya ilə probleminiz varsa və düşünürsünüzsə südünüz az olur, uşağınızı doyuzdurmur, o zaman həkimdən məsləhət almağınız vacibdir.

Yadda saxlamaq lazımdır ki, həyatının ilk aylarında uşağı düzgün qidalandırmaq lazımdır ki, onun orqanizmi sağlam formalaşsın. Qoy sizin uşağınız nə qədər döş əmmək istəyirsə, o qədər də süd əmsin. Bu zaman həm uşağınız doyacaq, həm də döşünüzə gələn süd axınının miqdarı çoxalacaq.

Yeni doğulmuş uşağı gün ərzində on dəfədən az olmayaraq əmizdirmək lazımdır. Lazım gələrsə uşağı gecə saatlarında bir dəfə də əmizdirmək olar.

Uşağı əmizdirən zaman ana özünə uyğun olan duruş qaydasını seçməlidir. Bu həm ananın, həm də uşağın rahat olması üçün vacib sayılır. Uşaq əmizdirən zaman körpə öz anasının istiliyini də hiss etməlidir.

Körpəyə əmzik vermək düzgün sayılmır. Yenidoğulmuş uşağa su, çay, müxtəlif dəmləmələr vermək məsləhət görülmür. Əgər uşaq olan otaqda temperatur 40 C-dən yüksəkdirsə, o zaman uşağa verilən südün miqdarı çox və yetərincə olmalıdır.

Ana südünün çox və qida maddələri ilə zəngin olması üçün isə ana öz qidalanmasına diqqət yetirməlidir. Ana südünün tərkibi onun qəbul etdiyi qidalardan asılı olur. Analar öz övladlarının sağlam böyüməsi və keyfiyyətli südün olması üçün keyfiyyətli qidalar qəbul etməlidirlər. Uşaq əmizdirən ananın hansı qidalara qarşı allergiyası varsa, həmin qidalardan imtina etməlidir. Bu uşağın mədəsində problemlərin əmələ gəlməməsi üçündür. Analara keyfiyyətli və zərərsiz qidalar qəbul etmək məsləhət görülür.

Gənc analar yadda saxlamalıdırlar ki, uşağın həyatının ilk aylarında düzgün qidalanması onun normal böyüməsi üçün vacib şərtdir. Normal qidalanan uşağın həyatının birinci ayında çəkisi ən az 800 qram, boyunun uzunluğu isə 3 sm artır.

Əgər uşağı süni qidalanma ilə qidalandırmaq lazım gələrsə o zaman pediatrla məsləhətləşmək lazımdır. Qidalandırma zamanı süni qidanın tərkibini və hazırlanma qaydasını dəqiq araşdırmaq lazımdır. Hazırlanmiş qidanı saxlamaq düzgün hesab olunmur. Başqasının hazırladığı qidanaı uşağa qətiyyən vermək olmaz. Uşağa verilən qidanın istiliyi hazırlanma qaydasında yazıldığı kimi olmalı və steril qabda uşağa yedizdirilməlidir.

immunitet.az
Top