Uşağa ət neçə aydan verilməlidir?

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə («smes») qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər.

Bütün dünyada pediatrlar uşaqlara 6 ayına kimi yalnız ana südü və ya ana südü olmadığı halda «smes» verməyi tövsiyə edirlər.

Uşağın 6 ayı tamam olandan sonra ona əlavə qidaları verməyə başlamaq olar. Lakin bu halda da uşağın əlavə qidalara hazır olub-olmadığını təyin etmək lazımdır. Bunu pediatr uşağı müayinə etdikdən sonra təyin edir.

Adətən ilk əlavə qida kimi uşağa sıyıqlar verilir.

Zülal, dəmir və digər faydalı maddələrlə zəngin olan ət uşağın normal inkişafı üçün çox vacibdir. Pediatrlar əti təxminən 8-9 ayından verməyi tövsiyə edirlər. 

Dana və ya quzu ətindən başlamaq lazımdır. Ət az yağlı olmalıdır.

Pediatrlar 1 yaşına kimi uşağa 2-ci ət bulyonu verməyi tövsiyə edirlər. Bu o deməkdir ki, ət suda bir neçə dəqiqə qaynadıldıqdan sonra alınmış bulyon atılır, ət təzə suya salınır və hazır olana qədər bişirilir. Buna 2-ci bulyon deyilir.
Top