Bir çox işləyən anaların körpələrinin ana südü ilə böyütməsinə maneə olur gündəlik iş rejimləri, ancaq ana südünün düzgün sağılma və saxlanma qaydalarını bilməklə bu problemi həll etmiş olacaqlar, körpələrimiz də ana südü ilə böyümüş olacaqdır.
Ana südü nə qədər saxlamaq olar sualına müxtəlif zamanları qeyd edə bilərik, amma düzgün saxlanmasına diqqət edilməli:
Ana sütü 3 saatdan 3 aya qədər qoruna bilər. Otaq temperaturu 16C – 26C dərəcələrdə 3 saat saxlanması mümkünsə. Bəzi şərtlərdə isə 9 saata kimi.
Ana südü 3 gün saxlamaq lazımsa bunun üçün soyuducuya ehtiyacınız var. Ana südünü sağdıqdan sonra soyuducunun 4C dərəcə tepmdə 3 günə qədər saxlaya bilərsiniz.
Ana südünüzu 3 ay saxlamaq lazımdırsa, bunun üçün dərin dondurucuda – 18C dərəcəlik bölümündə ana südünüzü donduraraq xüsüsi poşetlərdə tarix qeyd etmək şərtilə 3 aya qədər bir vaxtda saxlaya bilərsiniz.
Dr. Aytən Ziyadova
tibbdunyasi.com