Körpələrin ilk 4-6 aylarına qədər sadəcə ana südü ilə qidalanmaları, sonra isə mütləq əlavə qidalara başlamaları tövsiyə olunur. Ancaq əlavə qidaların qəbuluna 4 aydan tez başlanmamalıdır. Bunun səbəbi isə körpələrin mədə-bağırsaq sistemi və böyrək funksiyalarının tam formalaşmadığı üçün bu dönəmdə əlavə qidaları qəbul etməyə hazır olmamalarıdır.
Əksinə, əlavə qidalara gec başlandığında isə enerji və zülal qəbulunun az olması ilə əlaqədar infeksiya riskinin artması, dəmir əksikliyi ilə əlaqədar anemiya, vitamin-mineral qəbulunun az olması ilə əlaqədar böyümə-inkişaf geriliyi yarana bilər.
Mütəxəssislərə görə, körpələrə əlavə qida verərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki əslində sadə bildiyimiz yanlışlar övladınızın gələcək yaşlarında bəzi problemlər yarada bilər. Məsələn, körpələrə 1 yaşından əvvəl verilən duz damarlarda yığılaraq erkən yaşda hipertenziya xəstəsi olmalarına səbəb ola bilər.
Duzlu qidalar damarlara zərərlidir
Körpələrin qidalandırılmasında edilən ən böyük xətalardan biri onlara duzlu qidalar yedirmək olur. Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmada doğumundan 15 yaşına qədər uşaqların qan təzyiqləri müşahidə edilmişdir. 1 yaşına qədər duzlu qidalar qəbul edənlərin, aşağı dozada duz qəbul edənlərə nisbətdə daha yüksək qan təzyiqi olduğu aşkar edildi.
Çünki körpə yaşlarda həddən artıq duz, yəni natrium qəbulu qan təzyiqini yüksəldərək aorta və koronar damarlarda əvvəlcə damar dəyişikliklərinə, sonra isə ürək-damar və böyrək xəstəliklərinə zəmin yaradır. Bunun nəticəsində də yetkinlik yaşlarına gəldiyində, hətta uşaq vaxtında təzyiq xəstəsi olmasına səbəb ola bilir.
Gündə nə qədər duz qəbul etməli?
Həkimlər bir yaşından balaca körpələrə gündə 1000 mg, yəni yarım çay qaşığından az, 1-3 yaş arası uşaqlara 1500 mg-dan az, 4-8 yaş aralığında isə 1900 mg-dan da az duz qəbulunu tövsiyyə edir.
valideyn.az