Bu sindromun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz.
Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:
— Hamilə olarkən siqaret çəkməyin.
— Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
— Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
— Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin.
— Körpəniz istilənməməsi üçün onu çox geyindirməyin.
— Heç vaxt körpənizlə divan və ya kresloda yatmayın. İlk 6 ayı körpənizi özünüzlə eyni otaqda yatırdın.
— Siqaret, alkoqol, uyuşdurucu maddələr və ya yuxugətirici dərman qəbul edən insanla körpənin yatması yol verilməzdir.
— Körpənizi ana südü ilə əmizdirin.
— Körpə 12 ay olmamışdan öncə yastıq və qalın yorğandan istifadə etməyin.
— Xüsusən körpələr üçün nəzərdə tutulan dəlikli yorğanlardan istifadə edin.
— Körpə yatan otağın temperaturunu 16-20 dərəcə arasında saxlayın.
Müənbə: «Pampers Village» magazine