Körpənizə hər gün yeməyini yedikdən yarım saat sonra ya da çimizdirdikdən sonra masaj edə bilərsiniz. Masaj edəcəyiniz otağın istiliyi 22-24 dərəcə olmasına diqqət edin. Masaj edən insanın saat, bilərzik, barmaqlarındakı üzükləri çıxarmalı oluğunu da yaddan çıxarmayın. Masaj yağınızı hazırlayın, körpənizi masaj müddətində otaqda tək buraxmayın.
Masaj üçün məsləhətlət:
— Yeni doğulmuş körpələr ilk masaj seanslarında 5 dəqiqə masaj edilməlidirlər. Sonra tədricən bu müddət 20 dəqiqəyə qədər uzadıla bilər.
— Körpənizin göbəyi hələ düşməmişdirsə, sadəcə göbəyin alt hissəsinə mərkəzdən yanlara doğru masaj edə bilərsiniz.
— Körpəniz masajdan narahat olursa masajı saxlayın. Körpə 4 həftədən daha kiçikdirsə masaj qısa və zəif oxşamalar formasında olmalıdır. Bu arada körpənizin verdiyi reaksiyaları da izləyərək ona uyğun hərəkət etməlisiz.
Masajın fiziki təsirləri:
Körpə masajı ürək funksiyalarını və qan dövranını hərəkətə keçirir.
Dəriyə və xüsusilə əzələlərə qan axını sürətlənir.
Yuxuya getməni asanlaşdırır və körpənin daha sakit olmasına gətirib çıxarır.
İmmun sistemini qüvvətləndirir.