Musiqinin və laylayların körpələrə faydası

Musiqinin və laylayların körpələrə faydası

İnsan beyni inkişaf etdikcə son dərəcə açıq və işləndikcə işıldayan bir dəmir kimidir. Onu nə qədər bəsləsəniz inkişafını da o dərəcədə sürətləndirmiş olacaqsınız. Musiqi və ninnilər də körpənizin beyin hüceyrələri ilə ilk tanışlığı və xarici aləmə ilk xəbərdarlığıdır. Buna görə də ana bətnində olandan başlayaraq və xüsusi ilə də doğum sonrasından başlayaraq körpələrə həzin musiqi, klassik musiqi və ninnilər dinlətməyiniz tövsiyyə olunur.

Eşitmə duyğusunu unkişaf etdirməklə bərabər yaşadıqlarını da hafizəsində depolayan körpəniz doğumdan sonra bu metodla qarşılaşdıqda özünü rahat və xoşbəxt hiss edəcəkdir.

Ninni və musiqinin uşaqların həyatında rolu
Ninni və musiqi dinləmənin körpəniz üzərində meydana gətirdiyi müsbət təsiri xüsusi inkişaf sahələrinə görə fərqli başlıqlar altında qiymətləndirəcək olsaq da bunları söyləyə bilərik ki, körpənin zehni inkişafına etdiyi təsirləri saymaqla bitməz:

Məsələn, musiqi ilə erkən yaşlarda tanış olanlar, həm analitik və riyazi təfəkkür bacarıqlarına sahib olur, musiqi dinləmə qabiliyyətinin yaşıdlarına nisbətən daha çox inkişaf etdiyi müşahidə edilmişdir. Sinirlərin inkişafı körpələrdə qavrama bacarığının daha yaxşı inkişaf etməsinə səbəb olur.

Mənəvi və ictimai inkişafa təsiri:
Aparılan araşdırmalardan məlum olmuşdur ki, ninni dinləyərək yatan körpə və ya musiqi ilə erkən tanış olan körpələr doğum sonrası çox sakit olduqları, daha az ağladıqları, daha az tündxasiyyət olduqları ortaya çıxmışdır. Xüsusi ilə ana bətnində ikən musiqi ilə tanış olan körpələr doğulduqdan sonra da ana qarnında olarkən dinlədikləri musiqini duyduqları zaman daha rahat olur və yuxuya getməsi çox tez olur.

Əsasən yuxudan əvvəl körpələrinə ninni söyləyən və ya ninniyə qulaq asdıran anaların körpələrini yatırdarkən daha az problem yaşadıqları, ninni ilə yatan körpələrin də yuxu əsnasında daha sakit, daha xoşbəxt olduqları diqqət çəkir. Musiqi ilə təmasda olan körpələr dalaşmağa daha az meyilli olurlar. Sakit və problemlərin qarşısını daha tez ala bilmək bacarıqlarına da sahib olduqları məlum olmuşdur.


Fiziki inkişaflarına da təsir edir:
Ana bətnində ikən musiqi dinləyən körpənin qulaqları da inkişaf etmiş olur, səslərə qarşı həssas olur. Səslərini bir-birindən ayıra bilən körpə doğulduqdan sonra da nitq inkişafında da bir problem yaşamır. Bunun yanında ritm duyğusu inkişaf edən körpə, uşaq mahnıları, laylalar və barmaq oyunları kimi musiqinin içərisində olduğu bir çox hadisələr zamanı təcrübəsi sayəsində əzələ inkişafını sürətləndirir.

Xülasə, musiqi və ninni keçmişdən günümüzə, atalarımızdan və nənələrimizdən bu yana bilinən və tətbiq olunan ən sağlam körpə sakitləşdirmə yollarından biridir və qətiliklə itirilməməsi lazım olan bir dəyərdir. Xüsusilə laylalar körpələrimizlə birlikdə yenidən inkişaf etdirdiyimiz həyatımızın ayrılmaz hissəsi olmalıdır.
Top