Körpə gəzintidə

Körpə gəzintidə

Körpəylə açıq havada gəzmək onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Yaxşı havada siz körpənizlə bərabər gözəl vaxt keçirmək istəyirsinizsə, mütləq həmin vaxt ərzində ona lazımlı olan hər şeyi özünüzlə götürməlisiniz:

— təmiz plastik qutuda əmzik, zınqrov və ya digər yüngül oyuncaqlar, qəfil hava dəyişikliyinə hazır olmaq üçün əlavə isti paltar yaxud örtük və təbii ki, gigiyenik salfetlər.

Qış gəzintilərində soyuq küləkli havada xüsusilə diqqətli olmaq lazımdır. Axı bu yaşda körpə üşüdüyünü sizə deyə bilmir. Buna görə də siz donma və ümumi soyumanın əlamətlərini bilməlisiniz:

— körpə sakit uzanır, ətraf aləmə reaksiya vermir, istiyə “qənaət edir”;

— dərisi ağarır, soyuyur, nəbzi zəifləyir.

Bu halda uşağı dərhal isti yerə aparmaq lazımdır. İsitmə tədricən, passiv şəkildə həyata keçirilməlidir – sobadan, elektrik adyaldan istifadə etməyin. Körpəni isti örtüyə bükün, ona şirin isti maye verin və təxirə salmadan həkimə müraciət edin. Donmuş hissələri hər nə ilə olursa olsun sürtmək qəti qadağandır!
Top