Körpəni qucağa almaq lazımdırmı?

Körpəni qucağa almaq lazımdırmı?

Körpənin qucağa alınmasıyla əlaqədar fərqli fikirlərin olması ana namizədlərini çaşdıra bilər. Bəzi fikirlərə görə körpə mümkün qədər  az qucağa alınmalıdır  ki, qucağa öyrəşməsin və ana rahat olsun. Bəzi yanaşmalar isə bunun tam tərsini, analara körpələri hələ ana qarınındaymış kimi uzun zaman demək olar ki, yapışıq bir həyat keçirməsini təklif edir. 

Körpə ananın qarınına düşdüyündən etibarən (bəlkə də çox daha əvvəl) ananın zehinində bir yerə sahib olmağa başlayır. Bu «yer» ananın öz psixoloji vəziyyəti, bir körpə sahibi olmaqla əlaqədar duyğuları, hazırlığı, öz uşaqlığı və böyüdülmə tərzi ilə, öz ana atası, həmçinin yoldaşı ilə əlaqəsinə əsasən müəyyən edilir. Ananın özü bir körpə sahibi olmaq mövzusunda nə qədər qayğıdan uzaqdırsa, yoldaşıyla birlikdə nə qədər mehriban münasibətdədirsə, ayrıca öz uşaqlıq dövrü ilə əlaqədar emosional qarşıdurmaları nə qədər azdırsa, körpəsinin də sakit olma ehtimalı bir o  qədər yüksəkdir. Ana özünü rahat və dinc hiss edirsə, körpənin ehtiyaclarını qarşılamaq mövzusunda daha uğurlu olacaq. Ehtiyacları qarşılanan körpə daha dinc və sakit olacaq. Körpə üçün əvvəllər çox yeni və aydın olmayan, bəlkə də təhlükəli kimi görünən dünya, ananın qayğısı və sevgisi sayəsində yavaş yavaş etibarlı bir yerə çevrilməyə başlayır. Beləcə  güvən duyğusu yaranır. Güvən duyğusu inkişaf etdikcə və körpə sakitləşdikcə, başlanğıcda bəlkə də davamlı qucaqda olmaq  istəyən körpə artıq daha çox ayrı qala bilir. Çünki artıq bilir ki, yenidən nəyəsə ehtiyacı olduğunda ana ehtiyacını qarşılamaq üçün yanında olacaq.

Güvən duyğusu çox əhəmiyyətlidir:

Güvən duyğusu inkişaf edən körpə yavaş-yavaş anadan ayrı daha çox vaxt keçirir. Ətrafındakılara diqqət etməyə başlayır. Gülümsəməyə, iməkləməyə, getməyə, dünyanı kəşf etməyə başlyır. Onu müşahidə edən ana də körpənin yeni ehtiyaclarını görür, onları qarşılayır və körpəni təbii olaraq daha çox sərbəst buraxa bilir. Əvvəllər körpə ağladığı anda qucağına alıb döş verərkən, artıq  əlindəki işini bitirə bilmək üçün bəlkə də körpəsinin bir iki dəqiqə sızlanmasına icazə verə bilir. Onu da qeyd edək ki, körpə nə qədər çətin sakitləşən bir körpə olsa da ananın göstərdiyi maraq və qayğı nəticəsində çətin bir körpə ilə  ana arasında zaman keçdikcə bir harmoniya yaranır. Ana körpəsinə, körpə də anasına uyğunlaşır. Bu səbəblədir ki, analar körpələrinin nə vaxt və niyə ağladığını ağlama şəkillərindən və səs tonlarından başa düşürlər.

Düsturu yoxdur:

Bütün bunları nəzərə aldıqda hər bir körpə üçün filan qədər qucağa alınmalıdır kimi bir düstur olmadığını görürük. Bəzi körpələr davamlı qucaqda tutulmaq istəyir, bəziləri  isə daha çox ayrı qala bilir. Əgər körpənin psixoloji inkişafı yolunda gedirsə zaman keçdikcə daha az qucaq istəyəcəyini görəcəksiniz. Digər tərəfdən, uşağın inkişaf dövrlərini bilmək də qucaq mövzusunda əhəmiyyətlidir. Məsələn 7-8 ay ərzində körpədə xaric qorxusu inkişaf etdiyi üçün o, daha çox qucaq istəyə bilər. 18 və 24 ay arasında anaya təkrar bir bağlanma yaranar və daha çox qucağa ehtiyac duya bilər. Bu hallar tamamilə normaldır.

Qucağa almamaq da düzgün deyil:

Uzun müddətlərlə qucağa alınmamaq da körpələr üçün olduqca təhlükəli ola bilər. Xüsusilə bəzi amerikan məktəblərində körpənin yatızdırılması ilə əlaqədar uzun müddət qucağa alınmaması və körpənin buna vərdiş etməli olduğu tövsiyə edilir. Həqiqətən də körpə buna qısa bir zamanda öyrəşər. Lakin eyni zamanda körpədə ətrafla əlaqədar neqativ  hisslər inkişaf edə bilər. Körpə belə hiss edər: «Qorxuram, ehtiyaclarımın da qarşılanması lazımdır, nə qədər ağlasam da kimsə gəlmir, bura etibarlı bir yer deyil.»  Belə hallarda körpələrdə inamsızlıq, rahat ayrı qala bilməmək kimi hallar meydana gələ bilər və sakitləşə bilmək üçün  daha çox qucağa ehtiyac duya bilərlər.
  Uşaqlar üçün tək qala bilmə imkanlarının inkişafı əhəmiyyətlidir. Lakin yenə də körpəlik dövründə diqqətli olmaq lazımdır. «Necə olsa qoyuram öz-özünə oynayır» deyərək körpələrin uzun müddət tək qalması düzgün deyil. Bəzi körpələr uzun müddət tək qala bilir kimi görünə bilərlər amma bəlkə də özünə göstərilən diqqətin miqdarını qəbul etməyə  və buna  öyrəşməyə çalışırlar. Bu vəziyyət isə körpənin gələcəyi  üçün olduqca təhlükəlidir və bir çox mənfi nəticələri ola bilər.

Top