Uşaqlar üçün 10 ən faydalı qida

Uşaqlar üçün 10 ən faydalı qida

                     
Uşaqlıq  dövründə öyrənməyi çətinləşdirən və ümumi bədən müqavimətini aşağı salan faktorlardan biri pis qidalanma vərdişləridir. Bu vərdişlər bədəni bir çox vitamindən və  faydalı qida maddəsindən məhrum edərək beyinə zərər verir. Beyin enerjisini tam ala bilmədiyi üçün, funksiyasını da lazım olduğu kimi yerinə yetirə bilmir. Bunun nəticəsində diqqət dağınıqlığı, qavramanın pozulması, öyrənmə çətinliyi yaranır. İmmunitet sistemi zəiflədiyi üçün, bir çox xəstəliklərin meydana gəlməsi asanlaşır. Buda uşaqların gələcəyinə mənfi təsir göstərir. Bunun üçün uşaqların qidalanmasına diqqət göstərilməli, zaman-zaman qan təhlili etdirərək bədəndəki mineral və vitaminlərə nəzarət edilməlidir. Bu baxımdan düzgün qidalanmaq uşaq sağlamlığı  və inkişafında vacib amillərdən hesab olunur. Beyin də  bədənin ən çox qidalanmaya ehtiyac duyan orqanıdır. Daha çox vitamin və minerallara ehtiyac duyar. Ona görə də qida rasionunda vitamin, mineral və antioksidantlarla zəngin olan qidalara üstünlük verilməlidir.

Süd süd məhsulları, yağlı toxumlar, çiyələk, qarağat, böyürtkən, moruq kimi meyvələr, rəngli tərəvəzlər də uşaq sağlamlığna faydalıdır.

Uşaqların inkişafında əhəmiyyətli olan qidalar eyni zamanda onları xəstəliklərdən qoruyur. Həmin qidalara qaragilə, avokado, balqabaq çəyirdəyi, badam, somon balığı, ispanaq, lobya, mərcimək, kakao, darçın, yumurta da aiddir.



Yumurta: Yumurtanın ağında zülal, sarısında isə sağlam yağlar var. Bundan əlavə yumurtada B12 vitamini və folik turşuları var. Buda orqanizim üçün olduqca faydalıdır.

Qaragilə: Antioksidant anbarı hesab olunur və uşaqları bəzi xəstəliklərdən qoruyur.

Badam: Tərkibində E vitamini və maqnezium olan badam, uşaqların qan dövranı sistemini yaxşılaşdırır. Antioksidantla zəngin olan badam, dəri sağlamlığı üçün də faydalıdır.

Avokado: Bu möcüzəvi bitkidə doymamış yağlar da var. Bu meyvə, uşaqların böyüməsinə və beyin inkişafına dəstək olur.

Balqabaq çəyirdəyi: Badam, zeytun yağı, fındıq, soya, balqabaq çəyirdəyi kimi qidaların tərkibində  bitki mənşəli Sterol olduğundan xolesterolu salmağa kömək edir.

Somon balığı: Bu balıq növündə ürək və beyin sağlamlığı üçün əhəmiyyətli olan Omega 3 yağ turşuları var. Digər vitaminlər də faydalııdr.

İspanaq: Lifli tərəvəzlərdən olan ispanaq, A və C vitaminin yanında, kalsium, dəmir və fol turşusu qaynağıdır.

Lobya və mərcimək: Ətli yeməklərə ekvivalent hesab olunan bu qidalar vegeterian uşaqlar üçün idealdır.  Zülal anbarı hesab olan quru paxla və mərcimək, sinir sistemini tarazlıqda tutmaqla,  bədəni  enerji ilə təmin edir.

Kakao: Təbii və qatqısız kakao, dəri sağlamlığı üçün çox əhəmiyyətlidir, günəşin zərərli şüalarına qarşı dərini qoruyur.

Darçın: Anti-viral xüsusiyyəti olan darçın, soyuqdəyməyə təsirlidir. Ayrıca darçın, qan şəkərini də nizamlar.
Top