Körpələrin ilk addımları

Körpələrin ilk addımları

Uşağın ilk addımları ən mühüm inkişaf mərhələlərindən biri, müstəqil həyatın başlanğıcıdır. Əgər daha dərindən düşünsək, insanın addımlayacağı həayt yolu elə ilk addımlardan başlayır.

Bəzi xalqların inanclarına görə hətta uşağın ilk addımlarına baxıb onun gələcək taleyinə dair fikir yürüdür, hətta bizim ilk dişin çırtlaması hədik bişirib paylama ənənəsi ilə müşayiət olunduğu kimi, ilk addım bayramı da qeyd edirlər.

Bəzən isə uşağın digər yaşıdlarına və ya özündən böyük bacı-qardaşına nisbətən gec danışmağı, ya da gec gəzməyi az qala faciə kimi qarşılanır.

Əslində uşağın ilk addımlarını nə zaman, hansı yaş dönəmində atmağının heç bir əhəmiyyəti yoxudur. Çünki tez ayağa durub yeriyən uşağın fiziki inkişafda uzun müddət iməkləməyi seçən körpədən üstün olacağı barədə deyilənlər heç bir elmi əsası olmayan fərziyələrdir.

Elmi araşdırmalar sübuta yetirir ki, ilk adımın atılma vaxtı ilə uşağın gələcək inkişafı arasında heç bir əlaqə yoxdur. Neçə aylığına və ya yaşına təsadüf etməsindən asılı olmayaraq, ilk addımları atmaq balaca üçün asan deyil.

Əgər övladınız bir yaşınadək yeriməyə başlıyıbsa, narahat olmağa dəyməz. Tibbi normalara görə, uşaq ilk addımını 1 yaş 3 ayından da ata bilər. Əgər uşaq ilk cəhdən sonra yerimək istəmirsə həyacanlanmayın. O, artıq anlayır ki, böyüklər kimi yeriməyi bacarır, amma bunun ondan ötrü nə demək olduğunu, ayaq üstə durmaq üçün nə etməli olduğunu tam dərk etmir. Çünki həqiqətən də, sərbəst yerimək-çox mürəkkəb işdir.

Hərəkəti nizamlamaq, tarazlığı saxlamaq bacarığını inkişaf etdirmək lazımdır. Belə bir fiziki gərginlik hələ möhkəmlənməmiş uşaq orqanizmi üçün ağır sınaqdır. Üstəlik, tamam yeni, deməli təhlükəli bir şey etməkdən ötrü körpəyə həm də mənəvi hazırlıq gərəkdir.
Top