Anada süd olmadığı və ya az olduğu halda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrə donor südü verməyini tövsiyə edir.
Donor (süd anası) öz uşağını uğurla əmizdirən sağlam qadın ola bilər. Uşağa donor südü verdikdən əvvəl süd anası mütləq müəyyən infeksiyalara yoxlanılmalıdır (C və B hepatitləri, QİCS və s.).
Donor südü uşağa sağılmış vəziyyətdə də verilə bilər. Belə südü soyuducuda və ya buzxanada saxlamaq olar. Həkimlərin araşdırmalarına görə, xüsusi şəkildə dondurulmuş ana südü (təbii ki, ev şəraitində yox) hətta 6-8 aydan sonra istifadə oluna bilər. Bu halda ana südü xarab olmur və öz faydalı xüssusiyyətlərini itirmir.
Xarici ölkələrdə xüsusi ana südü bankları var ki, bu banklarda süd azlığından əziyyət çəkən analar ana südü əldə edə bilirlər. Lakin bu bankların mənfi tərəfi ondan ibarətdir ki, bu südü öz uşağına verən ana südün əsil sahibinin adını, kim olduğunu və s. bilmir.
Nəzərinizə çatdıraq ki, İslamda süd qohumluğu (uşağın süd anası, süd atası, süd qardaşları və bacıları və s.) qan qohumluğu ilə bərabərləşdirilir.
Yalnız donor tapmaq mümkün olmadığı halda ÜST uşağı süni süd qarışıqları ilə qidalandırmağı tövsiyə edir.
saglamolun.az