1. Körpəni çarpayıdan götürməmişdən öncə əllərinizi onun kürək tərəfinə keçirib bir qədər gözləyin.Uşaq dayaq olduğunu mütləq hiss etməlidir.Eyni hərəkəti körpəni uşaq arabasına qoyduğunuz zaman da edin.
2. Əgər körpə diksinirsə, o zaman gecəlik əllərini də bələyin.
3. Ağlayan uşağı yedirtmək olmaz. İlk olaraq onu sakitləşdirmək lazımdır.Əks halda yemək yemə prosesi uşaq üçün zövq verməyəcək və o döşü pis götürəcək.
4. Əgər yuxulu uşağı yedizdirmək istəyirsinizsə, barmağınızla onun üst dodağına toxunun və ya bir neçə dəfə dodağına sığal çəkin.
5. Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu onu qucağa götürüb özünüzə astaca sıxmaq və sakitcə nəsə oxumaqdır. Ana səsini eşidən və ananın ürək döyüntülərini hiss edən körpə sakitləşəcək.
6. Əgər müəyyən səbəblərdən süd anası lazım gəlirsə unutmayın ki, həmin qadının uşağı ilə sizinki arasında maksimum 8 həftə fərq olmalıdır.
7. Süd verən ana bir qramda olsa spirtli içki içməməli və ət yeməklərindən mümkün qədər imtina etməlidir. Çünki bunlardan uşaqda qəbzlik yaranır.
8. Körpəni çimizdirən zaman onun başını qabaqdan arxaya doğru yuyurlar.Su və sabun onun üzü və gözlərinə düşməməlidir.