Körpələrin yatızdırılması

Körpələrin yatızdırılması

Göz kontaktı 
Yatmazdan əvvəl ən son gördüyünüz iş körpəni azdırmaqdır. Gözlərinə uzun müddət baxmaq uşağın oyanmasına səbəb olur. Buna görə də uşağı yatırarkən göz kontaktından uzaqd durmağa çalışın. 

İlıq duş 
İlıq su və yumşaq süngər kimi rahatlatmaz ki? Yuxu saatlarından əvvəl çimizdirilən uşaq daha yaxşı yatır. 

Birlikdə yatmaq 
Aparılan araşdırmalara görə valideyləri ilə birlikdə yatan uşaqlarda özgüvən daha yüksək və daha az narahatlığa rast gəlinib. Birlikdə yatmasanız da, beşiyi yatağa yaxın qoyun. Eyni yataqda kiçik uşaqla birlikdə yatmaq təhlükəli ola bilər. 

Gecə qidalanma 
Əgər körpə gecə acdığı üçün oyanırsa, onu yedirmək yatırmağa kömək edə bilər. Acdığı üçün oyandığını gözləmək yerinə, yatmazdan əvvəl onu yaxşıca yedirin. Bəzi araşdırmalar göstərib ki, gecə yaxşı yeyən uşağın qarnı tox olduğu üçün daha yaxşı yaxşı yatır. 

Rahat yataq 
Yatağın içindəki əlavə hər şeyi çıxarın. Ədyal, oyuncaqlar, hətta yatağın kənarındakı qoruyucu da uşağın boğulmasına səbəb ola bilər. Yataq sərt olmamalıdır. 

Gözəl qoxu 
Bəzi körpələr gözəl qoxuları sevirlər. 1-2 damcı lavanda yağını kağız üzərinə tökün və yatağın yanına qoyun. Lavandanın sakitləşdirici xüsusiyyətləri olmasına baxmayaraq, 6 aydan kiçik uşaqlara qoxu istifadə edilməməsi məsləhət görülmür.

Toxunun 
Körpəni yatağa yavaşca uzadın. Qarnına, qoluna və başına yavaşca toxunun. Bu toxunuş ona yaxında olduğunuzu hiss etdirəcək və rahat yatamasına səbəb olacaq. 

Yuxu saatı 
Aşırı yorğun bir uşağı yatırmaq çox çətindir. Yuxu saatlarının olması çox vacibdir. Erkən yatmaq, erkən qalxmağına səbəb olmaz. Əksinə vaxtında və yaxşı yatmağa yardım edər. 

Gecə geyimi 
Rəngli, güllü gecə geyimləri şirin görünsə də, sintetik olduğu üçün uşaqları narahat edə bilər. Uşaqlar üçün gecə geyimləri seçərkən pambıqdan olmasına diqqət edin. Çox bol yerinə, əyninə yaxşı oturan geyimləri geyindirin. 

İdeal istilik 
Rahat yatmaq üçün otağın nə çox isti, nə də çox soyuq olması lazımdır. Uşaqlar üçün də eyni qayda keçərlidir. Uşaq otaqları üçün ən ideal temperatur 18-21 C-dir. 

Qaranlıq otaq 
Uşağın yuxu saatlarının gəldiyini başa düşməsi üçün otağı qaranlıq edin. Lampanı söndürüb pərdələri çəkin. Günorta, ya da gecə yuxusundan oyandığı zaman pərdələri mütləq açın və günəşin işığının otağa yayılmasından aradakı fərqi hiss etməsini təmin edin. 

Yuxudan əvvəl masaj 
Aparılan araşdırmalara görə kiçik uşaqlar yuxu öncəsi 15 dəqiqəlik masaj ilə, yuxudan əvvəl kitab oxunan uşaqlarla müqayisədə daha tez yuxuya gedirlər. Uşaq yağı ilə onu yavaşca masaj edin. 

Günorta yuxusu 
Günorta yuxusunun anaya verdiyi faydanı heç nə ilə müqayisə etmək olmaz. Uşağın fiziki və zehni inkişağı üçün günorta yuxusu çox əhəmiyyətlidir. Günorta yatan uşaq gecə yatmayacağını düşünmək səhvdir. Adətən gündüzlər yatmayan uşaqlar yorğun olduqları üçün gecələri rahat yatmır. 

Gecə bezi 
İlsaq bezlər gecələr uşaqları çox narahat edir. Yüksək əmmə gücü olan və tərkibində krem olan bezlərlə uşaqlar gecə bezi dəyişdirmədən rahat yata bilərlər. 

Əmzik 
Gecə əmilən əmizk uşağı rahatlada bilər. Lakin ani ölümə də səbəb ola bilər. Uşağınız yatan kimi əmziyi astaca ağzından çıxarın. Həm də əmzik ağzından çıxanda oyanmamasına alışdırmış olacaqsınız. 

Qundaq 
Yeni doğulan uşaq ana qarnında sıxılmış vəziyyətdə olduğu üçün uşağı qundalamaq (çox sıx olmamaq şərti ilə) ana qarnı hissi verib daha rahat yatmasına səbəb olacaq. 

Hekayə 
Nə oxuduğunuz önəmli olmasa da, yuxudan əvvəl sizin səsinizi eşitmək onu rahatladar. Yuxudan əvvəl uşaqlara kitab oxumağı vərdiş halına gətirmək çox əhəmiyyətlidir. 

Yuxu işarələri 
Körpənin yuxusuzluqdan yıxılmasını gözləməyin. Gözünü ovuşdurması, əsnəməsi sizə yuxu vaxtnının gəldiyini göstərən işarələrdir. Körpənin verdiyi işarələrə diqqət edərək yuxu saatlarını müəyyənləşdirin. 

Səsiniz 
Körpə hələ ana qarnında ikən ana səsini öyrənir. Yuxudan əvvəl sakit və həzin səslə layla deyin. 

Səssizlik 
Səssizlik hər zaman kömək etməyə bilər. Ana qarnında uşaqlar ürək döyüntülərini, ya da mədənin səsinə alışır. Bəzi uşaqlar səssizliyi xoşlamaya bilər. Asta səslər uşağın yuxusuna mane olmaz. 

Öpüp qoxlamaq 
Uşağı öpüb bağrınıza basmaq üçün bir bahanə daha. Yuxudan əvvəl uşağa toxunmaq, qucaqlamaq və öpmək özünü daha rahat yerdə hiss etməsinə, nəticə etibarı ilə də daha uzun və rahat yatmağına səbəb ola bilər.

Mənbə6 publika.az
Top