Əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir.
Araşdırmalar göstərir ki, bəzən uşaq doğulmadan öncə ana bətnində baş barmağını əmməyə başlayır. Bu bəzi uşaqlarda əmmə refleksinin güclü olması ilə izah edilir.
Uşaqlar üçün əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir. Bu səbəbdən bu gün hər bir valideyn əmzikdən istifadə edir.
Amerika Pediatr Akademiyası əmziyin faydalarını və zərərləri barədə araşdırma apararaq aşağıdakı nəticəni əldə edib.
Əmzik körpəni sakitləşdirir onu ağlayan hər bir uşağa verdikdə o dərhal səsini kəsir.
Əmzik uşağa hər hansi bir iynə və ya peyvənd vurulan zaman uşaqları sakitləşdirməyə köməklik göstərir. Körpənin yuxuya getməsinə köməklik edir.
Həmçinin tədqiqatçılara görə əmzik qəfil uşaq ölümü sindromu risqini də azaldır.
Bütün bunlarla yanaşı əmziyin bəzi ziyanları ola bilər: Məsələn, əmziyə alışan uşaq ana südündən imtina edə bilər. Uzun bir müddət əmzikdən istifadə etmək uşaqlarda dişlərin nizamsız düzülüşlə çixması kimi problemlərə də gətirib çıxara bilər. Ən önəmlisi isə körpənin yerə düşən və mikroblarla dolu olan əmziyi təkrar ağzına qoymasıdır.
Mənbə: publika.az