Alimlər yuxu ilə körpə uşaqların boy atması arasında əlaqəni olduğunu müəyyən ediblər. Belə ki, Oslo Universitetinin alimləri uşaqların əsasən yuxuda böyudüklərini sübut ediblər. Əlbəttə bu proses gündüzlərdə baş verir, ancaq gecə böyümə tempi gündüzünkündən 43 faiz artıqdır.
Amerikalı alimlər isə normadan artıq yatan uşaqlarda 1 sm-ə qədər boy artımı müşahidə edilə biləcəyini deyirlər.
Eksperimentlər daha bir maraqlı nəticəni üzə çıxarıb. Sən demə, qız uşaqları oğlanlardan daha tez böyüyürlər. Mütəxəssislərin fikrincə, yuxuda böyümə hormonu istehsalı artır.
Yuxunun daha bir müsbət cəhəti isə immun sisteminin möhkəmlənməsidir. Bunun üçün də uşaqlara həm boy atmaq, həm də immun sistemini möhkəmləndirmək üçün kifayət qədər yatmaq vacibdir