Körpələrin sünnət edilməsi

Körpələrin sünnət edilməsi

Uşaq dünyaya gələn kimi valideynlərin çoxu gələcəkdə yarana biləcək travmaların qarşısını almaq üçün sünnət etdirməyi düşünür. Ancaq yeni doğulan körpənin sünnətinin həqiqətən də ağrısız və travmasız keçəməsi üçün bəzi məqamlara diqqət etmək lazımdır.

Yeni doğulan uşaqların sünnət olunması və körpə uşaqlarda bu prosesin daha problemsiz keçdiyi üçün son illərdə çox tətbiq olunur. Valideynlər uşaq ikən sünnət etdirməklə gələcəkdə yarana biləcək psixoloji travmaların qarşısını almış olur. 

Böyük yaşda uşaqlarla yenidoğulan uşaqların sünnət ediıməsində böyük fərq var. Bu fərq, sünnətin daha ağrısız və tez sağlamasından ibarətdir.

Lakin bu sahədə təcrübəsi olmyan həkimin səhv etmə ehtimalı çox yüksəkdir.

Yeni doğulan uşaqlar da ağrını hiss edir!
Həkimlərin çoxu ağrıları azalda bilmir və bu ən çox rast gəlinən xətadır. Həkimlər arasında yeni doğulmuş uşalaqrın ağrı hiss etməməsinə dair yanlış inanc var. 

Bununla bağlı 2000-ci ildən 2008-ci ilə qədər geniş elmi araşdırmalar aparılıb. Bu araşdırmalar göstərib ki, hamiləliyin 35-37 həftəliyində körpələrin beyni toxuşunu, zərbədən ayıra biləcək qədər inkişaf edir. Buna görə də həkimlər uşağı sünnət edəndə mütləq ona uyğun analjezi (ağrı kəsici) tətbiq etməlidir.

Yeni doğulan uşaqları sünnət edəndə nələrə diqqət etməli?
Analjezi 3 əsas mərhələdən ibarətdir:

Dəri ilə təmas — Ana ya da ata uşağı əzizləməklə və sakitləşdirməklə ağrı duyğusunu azaltmalıdır.

Tərkibində sükroz şəkəri olan şərbət verilməlidir. Bu maddənin ağrı kəsici təsirə malik olduğu deyilir.

Cinsiyyət orqanına, yaxud dəri altına uyğun analjezi maddənin yeridilməsi də ağrı hissini azaldır. 

Top