Uşaqlarda hıçqırıq

Uşaqlarda hıçqırıq

Hıçqırıq nədir?
Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alınmasına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu hissə bağlanar və buradan keçən hava ani olaraq kəsilər. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir.

Hıçqırıq Səbəbləri
Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən çox rast gəlinilən səbəblərdir. Həm də bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda həkimə müracitə etmək lazımdır.

Bəzən körpələr uzun sürən hıçqırıq problemi yaşayır. Körpələrdə hıçqırıq tez-tez görülə bilən və təhlükəsi olmayan fizioloji bir haldır. Xüsusilə 0-6 ay arası körpələrdə daha tez-tez ortaya çıxan bu vəziyyətdən xilas olmağın bir neçə yolu mövcuddur. Mütəxəssislər, körpələrdə «hıçqırıq tutmasının» narahatlıq deyil, həzm sisteminə aid orqanların funksiyalarını düzgün yerinə gətirdiyinin işarəsi olduğunu ifadə edir və körpələrdə hıçqırığın 1 yaşına qədər normal hal olduğunu söyləyirlər. Ümumiyyətlə, birdən həyacanlanma, hava udma və hətta havadakı ani soyuma belə körpələrdə hıçqırığa səbəb ola bilər. Hıçqırıq qısa müddətdə keçməzsə, yavaş-yavaş əmizdirə bilər və ya çay kaşığıyla bir miqdar su verə bilərsiniz. Körpənizi dik tutmaq da işə yarayacaq.

Hıçqırığı çoxalarsa nə etməlisiniz? Hıçqırıq yetkinlərdə bir çox xəstəliyin xəbərçisi kimi izah oluna bilər. Hıçqırıq dayanmırsa həkimə getmək lazımdır.1 yaşına qədər olan uşaqlarda, hıçqırıq səbəbiylə həkimə getməyə ehtiyac yoxdur. Körpələrdə hıçqırıq müddətinin 1 dəqiqə ilə 1 saata qədər uzanmasını normal bir vəziyyət olaraq qəbul edin. Hıçqırıq bir saatı keçirsə, həkiminizə telefonla məsləhətləşə bilərsiniz. 

Körpənin hıçqırığı necə keçir? Hıçqırğı kəsmək üçün evinizdə nə etməlisiniz? 
Hıçqırıq ana südü ilə bəslənən körpələrdə, anaların yediyi yeməklər də hıçqırığa səbəb ola bilər. Əgər körpənizin inək südü və ya başqa qidalara qarşı allergiyası varsa, sizin yediyiniz yeməklər bu vəziyyətə səbəb ola bilər.

Hıçqırığın uşqlarda çox rast gəlinməsinin səbəbi, əmmə zamanı mədədə yaranan havadır. Bu havanın xaricə çıxması üçün yaratdığı gərginlik, hıçqırığa səbəb olur.

Hıçqırıq uşaqlarda adətən öz-özünə dayanır. Amma bəzən bu refleksi dayandırmaq üçün dərmana ehtiyac olur. Bəs, hansı dərmanlara müraciət etməli və hansı üsullarla hıçqırığı kəsmək olar? Hər şeydn əvvəl qidalanmaya fikir verilməsi gərəkir. Uşaq əmizdirmə zamanı bir miqdar havanı da özü ilə birlikdə udur. Mədədə yığılan havanı hər 5-6 dəqiqədən bir körpəni gəyirdərək ağızdan çıxarmaq gərəkir. Yəni, qazın çıxması üçün əmizdirməyi bitirməyi gözləmək yetərsiz olacaq. Beləcə mədədəki gərginlik azalır və hıçqırıq refleksin başlanmasının qarşısı alınmış olur. Bir neçə damcı limon da hıçqırığa son verə bilər.
Top