Nə vaxt həkim çağırmalı?

Nə vaxt həkim çağırmalı?

3 ayına qədər uşaqlar üçün aşağıdakı hallarda təcili yardım çağırmaq lazımdır:
- uşaq qusur və qusma möhtəviyyatı yaşıl rəngdədir;
- hərarət 39 selsi dərəcədən yarım saatdan artıq düşmürsə;
- uşaq qusur və sanki güclü ağrıdan qışqırır;
- uşağın tənəffüsü küylüdür və o tez-tez nəfəs alır;

pediatr,uşaq həkimi- uşaq ağlamayan vaxtı əmgəyi batır və ya qabarır;
- uşaq ağrıdan qışqırır və bu zaman rəngi ağarır;
- onun nəcisi qanlı və seliklidir;
- bezi 6 saatdan artıqdır ki, qupqurudur;
- uşaq həmişəkindən daha çox ağlayır və ağlama 1 saatdan cox çəkir;
- uşaq qeyri-adi sakit və əzgindir;

- uşaq 2 dəfə yemək vaxtını buraxır və yemək istəmir;
- uşaq həddən artıq narahat və əsəbidir;
- uşağın dərisində tünd qırmızı səpgilər əmələ gəlmis və onların bəziləri irinli möhtəviyyatlıdır;

- səpgilər iltihablaşır, islanır və uşağı narahat edir;
- uşagın gözlərində sarı irin yıgılır və göz qapaqları bitişir.Bu hal 3 gün ərzində keçmir;
- bədən hərarəti 38 selsi dərəcədən yüksək və ya 35 – dən aşağıdır;
- iki qidalanmadan sonra uşaq qusmuşdur;
- 24 saat davam edən ishal (və ya başqa simptomlarla birgə 6 saat) varsa;


Bir qədər böyük uşaqlar üçün aşağıdakı hallarda təcili yardım çağırmaq lazımdır:
- uşağın tənəffüsü küylü, agır və ya tezləşmişsə;
- uşaqda qıcolmalar var;
- uşaq yıxılandan sonar huşunu itirmişdir;
- uşaqda guclü, xeyli müddət davam edən ağrılar var;
- hərarət , qeyri-adi oyanma və ya halsızlıq;

- dərisində tünd-qırmızı səpgilər əmələ gəlmişdir;
- öskürək tutması zamanı uşaq göyərmişdir;
- uşaq ağrıdan qışqırır və bu zaman rəngi ağarır;
- uşağın qarnında 3 saat ərzində keçməyən güclü ağrılar var və bədəninin hərarəti yüksəkdir;
- uşağın nəcisi tünd qırmızı rəngdədir;
Top