Körpələrə masajın faydaları və növləri

Körpələrə masajın faydaları və növləri

Masaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.  Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.  analıq qayğısı və körpə uşağa qulluq ən vacib şərtdir
Uzun zaman masaj olan uşaqlarla, ancaq beşikdə yırğalanan uşaqlar arasında da böyük fərq var. Belə ki, masaj olunan uşaqlar o biri uşaqlara nisbətən daha aktiv, sakit olur , az ağlayırlar. Eyni zamanda masaj olan uşaqlar daha tez yuxuya gedir və anaları ilə üz-üz gəldikdə onların arasında xoş ünsiyyət yaranır. Masaj, həm də hormonları artıraraq uşağın kökəlməsinə səbəb olur.  Əslində uşağı çimizdirəndən sonra masaj edin. Altına ağ bez salın. Əmizdiriləndən və ya izdiriləndən 1-1,5 saa tsonra masaja başlayın. Yeni doğulan uşaqların masajı üçün çox az şey lazımdır. Ən əvvəl gigenik qaydalara ciddi əməl edilməli, əllər təmiz və ilıq olmalıdır. Uşağın dərisi çox nazik və həssasolduğundan yaxşı olar ki,bir uşaq kremindən istifadə edəsiniz. Masaj zamanı bütün diqqətinizi uşağa yönəldin. Birinci növbədə uşağın reaksiyasına fikir verin. Əgər uşaq narahatdırsa masajı dayandırın. Masaj sırasında uşağa mümkün olduğu qədər çox sevgi və şəfqət göstərin.

körpə uşağı massaj (baby massage)MASAJIN FAYDASI -
Stres hormonlarının sayını azaldır. Depresyonu azaldır. Aktivliyi artırır. Özünə inamı artırır.  Sakit yuxu gətirir.  Ağrını azaldır. Ana-uşaq arasındakı bağları gücləndirir. Uşağın çəkisini artırır. Uşaqdakı köpü və qazı azaldır. Nəfəs alıb-verməni asanlaşdırır.  
QOLLAR VƏ ƏLLƏR - Uşağınızın qolunu qaldırın. Çiynindən biləyinə qədər yavaş- yavaş masaj edin. Eyni hərəkəti bir kəs də biləkdən çiyinə doğru edin.Uşağın əlini açın, hər barmağını ayrı-ayrı, sırayla ovun. Əlinin üstünü və ovucunun içini barmaqlara doğru aşağı-yuxarı istiqamətdə ovuşdurun. KÜRƏK Əllərinizi uşağın kürəyinə qoyun və irəli-geri hərəkət etdirərək kürək masajına başlayın. Əllərinizi yavaşca aşağıya-yuxarıya qaldırın. Daha sonra yüngülcə kürəyə basaraq yumuşaq hərəkətlərlə masaj edin. Son olaraq da kürəyində barmaqlarınızın ucuyla kiçik dairələr çəkin.  
DÖŞ MASAJI Hər iki əlinizi uşagınızın inin tam ortasına yerləşdirin və döş qəfəsini qoltuq altına doğru yüngülcə basaraq masaj edin. Əllərinizi uşağın sinəsindən qaldırmadan bir dairə çəkərək təkrar sinənin ortasına dönün. Daha sonra əllərinizi sinənin ortasında çarpazlayaraq qoltuguna dogru irəli- geri çəkin.
QARININ MASAJ EDİLMƏSİOvcunuzun içini uşağınızın qarnına tamamən təmas ediləcək şəkildə yerləşdirin. Bir əlinizi aşağıya doğru yavaşca hərəkət etdirərkən, digər əlinizi eyni nöqtəyə qoyaraq masaja davam edin. Bu hərəkət 4-5 dəfə təkrar edilməlidir.
AYAQLAR - Uşağınızın ayağını yuxarı qaldırın və iki əlinizin içinə alın.Burma hərəkətinə bənzər bir hərəkətlə ayağın yuxarı hissəsini aşağıya doğru çevirərək hərəkət etdirin. Bu hərəkəti edərkən ayağı yüngülcə sıxın. Daha sonra uşağınızın ayağını çanaqdan baldıra dogru yuvarlayaraq yavaşca ovuşdurun. İki əlinizin baş barmağını uşagınızın ayaq barmaqlarından topuğuna doğru hərəkət etdirin. Barmağınızınl ucuyla topuqlarına basın və masaj edin. Bütün ayaq barmaqlarını bir-bir baş barmağınızın və işarət barmagınızın' yeyjr arasına yerləşdirərək yüngülcə ovuşdurur
MASAJA UŞAĞINIZIN ÜZÜNDƏN BAŞLAYIN - Barmaqlarınızı uşağınızın alnının ortasırfı qoyun və gicgahlara, oradan da yanaqlara doğru masaj edin. Yenə barmaqlarınızla uşağınızın burnuna, yartşılarına doğru yüngülcə basaraq masaj edin. Çənədən qulağının arxasına doğru masajı davam etdirin. Dal sonra eyni hərəkətləri qaşlalın ortasından, burnun kökündən və üst dodaqdan gicgahlara doğru təkrarlayın. Barmaqlarınızla kiçik dairələr çəkərək çənəsindən qulaqlarına doğruf masaj edin, oradan da qulaqlarının arxasında böyük bir dairə çəkərək əlinizi uşağın çənəsinin altına gətirin. Daha sonra baş barmaqlarınızı çənəsinin altına, digər dörd barmağınızı alnına qoyun və körpənin üzünə bir gülümsəmə şəkli verərək yanlara doğru masaj edin.

Həmçinin bax: Körpələrdə düzgün qidalanma
Top