Bu gün valideynələrin qarşısında duran ən çətin vəzifələrdən biri uşaqların yatızdırılmasıdır. Doyunca yatmayan uşaqlarda hövsələsizlik, tələskənlik, huşsuzluq, dolaşıq danışıq, öz davranışına qeyri-tənqidi münasibət, gözlərinin ovuşdurulması kimi hallar tez tez müşahidə edilir. Mütəxəssislər uşaqların yuxusnun xüsusi qayğı tələb etdiyini deyirlər.
Valideynlər üçün tövsiyələr
1. Uşaqlara tez yuxulamaq refleksi aşılanmalıdır. Buna nail omaq o qədər də çətin deyil. Uşaqlar diqqətlə əməl edilən şərtlər daxilində, artıq, 5-7 dəqiqədən sonra yuxulayırlar. Uşaq yatağa girəndə həzin musiqi, dəniz dalğalarının, yaxud yağışın səsi yazılmış lent yazısını səsləndirmək olar. Laylanın deyilməsi vacibdir.
Uşağın başı, saçı, qaşları, alnı, əlləri və çiynini azacıq toxunmaqla tumarlamaq gözəl effekt verir.
2. Uşağın yuxusunun xarakterinə fikir vermək lazımdır. Əcaib və qəribə vəziyyətlər, mütəxəssislərin qeyd etdiyi kimi, o qədər də nadir hallar deyil. Qeyri-adi yuxu vəziyyəti daha tez-tez hansısa xəstəlikdən əvvəl yaranır, ya da uşaqdakı inkişaf etməkdə olan xəstəliyin yaratdığı pozğunluqdur.
Məsələn, üzüquylu yatmaq başından zədə almış uşaqlarda sıx-sıx müşahidə olunur. Belə vəziyyət orqanizmin zədəyə özünəməxsus tarazlayıcı reaksiyasıdır. Sistematik bronxitdən əziyyət çəkən uşaqlar üçün xarakterik yatış vəziyyəti başın kəskin şəkildə geri atılması və döş qəfəsinin qabarmasıdır. Bu da orqanizmin özünəməxsus reaksiyasıdır. Ağciyər belə vəziyyətdə rahat fəaliyyət göstərir.
Yuxuda sidiyini saxlaya bilməyən uşaqlar üçün “ölü” vəziyyəti səciyyəvidir. Bu, arxasıüstə uzanaraq əzələlərin tam sərbəstləşdirilməsi deməkdir.
Bəzi uşaqlar yuxuda dişlərini xırçıldadırlar. Yuxuda dişləri xırçıldatmaq (bruksizm) ya ailə özəlliyi, ya da nevrotik pozğunluğun, ya da beyin zədələnməsinin nəticəsi ola bilər. Belə uşağı nevropatoloqa göstərmək lazımdır.
Digər qəribə vəziyyətlərlə də rastlaşmaq olur. Mütəxəssislər uşağın vəziyyətini dəyişməyi məsləhət görmürlər, çünki uşaq bunun ardınca mütləq şəkildə yuxudan oyanacaq. Bu azmış kimi, bu arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
3. Oyanandan sonra uşağı yataqda saxlamaq lazım deyil.
Uşaqlar əsəbiləşməyə, dəcəlliyə başlayırlar. Onlarda mənfi davranış, məsələn, cinsiyyət üzvləri ilə oynamaq vərdişləri yarana bilər.
Uşaq nə qədər yatmalıdır?
2-3 yaşlı uşaq sutkada 14 saatdan az yatmamalıdır, 4-5 yaşlılara isə 13 saatlıq yuxu şəraiti yaratmalısınız. 6-7 yaşlı uşaqların 12 saat yatması məsləhətdir.
Belə bir fikir var ki, uşağın televizorun səsi, böyüklərn söhbətinin altında yatması təəccüblü deyil. Hesab edilir ki, bu cür sərt tərbiyə üsulu uşağı ərköyün olmağa qoymur. Amma mütəxəssislər bildirirlər ki, bu olduqca ciddi səhvdir. Uşaq narahat xasiyyətli, səbəbsiz yerə qıcıqlanan olur, tez-tez ağlayır, iştahanı itirir, arıqlayır. Bəzən uşaqlarda süstlük, keylik, laqeydlik hiss olunur. Buna görə də valideynlərə fiziologiyanın qanunlarına zidd davranmaq tövsiyə olunmur.
Mənbə: “Yeni Çağ” AİA