Məşhur marketoloq və sahibkar Ceff Bullas, digərlərindən daha tez populyarlaşan, vizual kontentin 10 növündən danışdı.
1. Ruhlandırıcı sitatlar.
Sitatlar insanların şüuruna təsir etmə imkanına malikdir. Özünə güvəni artıraraq, müxtəlif hisslər yaşada bilir. Bununla da həll edici qərarlar verərək arzularına doğru irəliləməyə köməklik edir.
2. İnsan simaları.
İnsan simaları satış markası ilə alıcı arasında şəxsi bir bağlılıq yaradır və çox vaxt müsbət hisslər doğurur. Üzərində insan siması olan fotoşəkillər digərlərindən daha çox bəyənmələr alır. Koka-Kola “insan siması” taktikasını artıq illərdir öz marketinq kampaniyalarında istifadə edir
3. Landşaft və mənzərələr.
Hüzur verici landşaft və peyzajların fotoları hər zaman göz oxşayır.Modcloth bu konsepsiyadan uğurla yararlanır
4.Qida məhsulları.
Yemək bizi birləşdirir! Ona görə də təsadüfi deyil ki, bu model ən uğurlularından biridir.
Bu üsuldan istifadə edən “Beautiful Cuisines”in 1 000 000 artıq izləyicisi var.
5. Tarixi fotolar.
Tarixi fotolar nostaljik hisslər doğruldaraq, keçmişimiz haqda düşüncələrə qapdırır.
“Boss Hunting” brendi bu taktika ilə alıcılarının emosiyalarına təsir göstərir
6. İtifadəçilər tərəfindən yaradılmış kontent.
Bu sahədə “GoPro” heç şübhəsiz liderdir. Dünyanın hər yerində ekstrimal şəraitlərdə çəkilmiş möhtəşəm foto və videolarla istifadəşilər “GoPro”nun marketinqin kampaniyasında əsas yer tuturlar.
Şirkət isə onların sayəsində həmin materiallardan maksimum xeyir tutur:
7. Heyvanlar.
Dünyada heyvan sevərlərin sayı kifayət qədər çoxdur və buna görə də bu kontentdən istifadə etməklə müsbət nəticəər əldə etmək mümkündür.
“National Geographic”in ən cəlb edici kontentinin böyük hissəsinində heyvanların fotosu yer alır
8. Səhnə arxası.
İnsanlar işlərini simasız brendlərlə yox, insanlarla aparmaq istəyir. Alıcılarla insani dəyərlər qurmaq mütləqdir, bunu etməyin ən yaxşı yolu isə, öz personalınız haqda kadrlar göstərmək, onların “səhnə arxası” fəaliyyətini işiqlandırmaqdır.
9. Zamanın tendensiyaları.
Hazırkı zamanda olan tendensiyalar istifadəçilərin aktivliyini artırmaq üçün əla vasitədir.
#pokemongo altında 7 000 000 artıq paylaşım olub. İnstagram istifadəçiləri bu yolla çox sayda bəyənmə və şərhlər alırlar
10. Video hekayələr.
Unutmayın video bugün trenddir. İnstagramda yerləşdirilən videolar istifadəçilərin çoxunun diqqətini cəlb edir.
Mənbə: seven.services