Harri Potter'dən öyrəniləcək marketinq dərsi

Harri Potter'dən öyrəniləcək marketinq dərsi

Harry Potter kitabları daha sonra filmləri ilə bütün dünyanın diqqətini cəlb etməyə və sehrli dünyasında milyonlarla insanı birləşdirməyə müvəffəq olub. Eyni zamanda bütün yaş kateqoriyalarına aid şəxslərə həyat dərsi verə biləcək bir serialdır. Harri Potterdən sizin üçün faydalı olacaq marketinq sirrlərini təqdim edirik. Harri Potter'dən öyrəniləcək marketinq dərsi
Düzgün əlaqələr qurun!!
Baş obraz Harry Potter hər zaman etdiyi seçimləri ilə müvəfəqiyyət qazanıb. Ən düzgün seçimləri isə yaratdığı dostluq və tanışlıq əlaqələridir. Ətrafındakı insanlar olmasaydı, bəlkə də irəli gedə bilməzdi. Serialın ilk hissəsində Malfoyla pilləkənlərdə söhbətində “təşəkkür edirəm, amma dostlarımı özüm seçə bilərəm” deyərək Ronla dostluq etməyi seçməsəydi, bütün həyatı tam fərqli ola bilərdi. Həmişə doğru insanlarla dostluq edir və düzgün insanlarla əlaqə qururdu. Hermione, Dobbie və digərləri ilə dostluğu onun həyatını dəfələrlə xilas edib. Harry kimi düzgün əlaqələr qurmaq həm şəxsi, həm də iş həyatınız üçün çox vacibdir. Müvəqqəti və saxta bağlantılar yaratmaqdansa, real və güclü əlaqələr quraraq hər cür çətinliyi dəf edə bilərsiniz.
Ağıllı olmaq yetərli deyil!!
Harri ağıllı oğlandır, amma Hermionanın serialın ən ağıllı xarakteri olduğunu desək yanılmarıq. Harry Hermion olmasaydı, ölə bilər və ya bir çox problemi həll edə bilməzdi. Ancaq Hermionanın sözləriylə bildirsək; “Kitablar və zəka! Ancaq daha vacib şeylər var; dostluq və cəsarət. ”
Ağıllı olmaq böyük bir üstünlükdür, amma düzgün istifadə etmək lazımdır (Tom Riddle də çox ağıllı idi) və ağıllı olmaq təkbaşına yetərli deyil. Hər mənada özünüzü inkişaf etdirməli və zəkanızı lazımi yerlərə yönəltməlisiniz. Hər kəsin özlüyündə müəyyən ideayaları formalaşır. Bu yaradıcı bir zəkanın məhsulu ola bilər, ancaq onları həyata tətbiq etmək üçün başqa xüsusiyyətlərə sahib olmalısınız.
Cəsur olun!
Bəzən etməli olduğunuz tək şey addım atmaqdır. Harry hərzaman çəkinmədən, qorxmadan hərəkət edib. Doğru bildiklərinizdən heçvaxt vaz keçməyin. Yeniliklərdən qorxmayın və addım atmaqda sərbəst olun. Yeni bir işə girmək və ya başlamaq üçün çəkinməyin. Cəsarət həmişə təqdir ediləcək və mükafatlandırılacaq bir şeydir. Nevile Longbottom, dostlarının Filosof Daşının gizləndiyi otağa getməsini əngəllədiyi üçün həqiqi cəsarət nümunəsi göstərdi. Bunun sayəsində Qriffindor həmin ilin ən yüksək qiymətləndirilən bölümü oldu.
Ön yarğılarınızdan qurtulun!!
Ön yarğı deyilincə Harry Potterdəki professor Snape ağıla gələcək ən yaxşı nümunədir. Uzun müddət serial həvəskarları onun mənfi və sərt obraz olduğunu düşünürdülər. Ancaq o, həmişə Harryni qoruyurdu. Buna görədə şəxsi həyatda və ya iş dünyasında kimisə tanımadan mühakimə etməyin. Ön yarğılardan qurtulun və reallığa yönəlin.
Həmişə ciddi olmayın!
Ciddi olmaq iş dünyası üçün önəmli faktordur. Ancaq bu, heç vaxt gülməyəcəyinizi və əylənməyəcəyinizi ifadə etməməlidir. Professor Umbridge-nin sərt idarəetməsindən sonra uşaqları sanki həyata qaytaracaq həmləni edən Fred və George Weasleyi unutmayaq. Bəzən bir az əyləncə qığılcımı hər şeyi dəyişə bilər.
 
Mənbə: fins.az
Top