Telemarketinq ( ing. Telemarketing ) telefon vasitəsilə edilən birbaşa marketinq növüdür. Telemarketinqin əsas məqsədi müştərilərlə ünsiyyətin asanlaşdırılması və satışın sadələşdirilməsidir. Burada adətən müəyyənləşdirilmiş siyahı üzrə potensial və ya mövcud müştərilərlə telefon ilə əlaqə saxlanılır. Telemarketinq işlərində əsl məqsəd satış olduğu üçün satışın reallaşdırılmasına yönəlmiş fəaliyyətləri telesatış olaraq adlandıra bilərik.
Telemarketinq işçisinin vəzifəsi nələrdən ibarətdir?
Bu sahədə çalışan mütəxəssislərə satış meneceri deyilir. Onun əsas vəzifəsi satışların həyata keçirilməsidir. Satış meneceri müştəriyə təklif etdiyi məhsul və ya xidmət haqqında ətraflı məlumat verir. O, qarşıya qoyulmuş məqsədə çatmaq üçün satışı reallaşdırmağa çalışır.
Telemarketinqin növləri
- Daxil olan telemarketinq – Şirkətin mütəxəssisi tərəfindən, müştərilərdən gələn zənglərin analiz edilməsi və nəticə çıxarılmasıdır. Bu marketinq “ qaynar xətt ” olaraq, müştərilərin məhsul və ya xidmətlər haqqında suallarının cavablandırılmasına və məlumatlandırılmasına xidmət edir.
- Geden telemarketinq – Sorğular, müştərilərin istəkləri və telefon satışları üzrə məsləhətlərdir.
Hər iki halda satış meneceri müəyyən edilmiş skript əsasında müştəri ilə dialoq qurur. Telemarketinq üçün danışıq skriptinin əhəmiyyəti çox böyükdür. Buna görə də skript diqqətlə hazırlanmalı və müştərilərlə əlaqə zamanı səmərəli şəkildə istifadə olunmalıdır.
Telemarketinqin məqsədləri:
- Telefonla satış
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək
- Potensial müştərilərin məlumatlandırılması
- Müştəri məlumatlarının toplanması və yenilənməsi
- Sorğular aparmaq, anketlər yaratmaq
- Şirkət rəhbərləri və potensial müştərilər arasında işgüzar görüşlərin təşkili
- Birbaşa marketinq çərçivəsində digər təqdimat fəaliyyətlərindən sonra işin davam etdirilməsi
- Satışdan əvvəl və satış sonrası xidmət
Telemarketinqin üstünlükləri aşağıdakılardır:
- Müştəri ilə birbaşa əlaqəni təmin edir. Bu da istehlakçıların bütün suallarına cavab vermək, ehtiyaclarını anlamaq, alternativ bir seçim təklif etmək imkanı verir.
- Zəngdən əvvəl potensial müştəriləri seçmək qabiliyyəti, əhəmiyyətli dərəcədə vaxta qənaət etməyə kömək edir.
- Daha çox sayda potensial müştərilərlə işləməyə əlverişli şərait yaradır.
- CRM vasitəsi ilə telefon danışıqlarının bütün qeydlərinə giriş imkanı əldə edir və satış prosesini idarə edə bilirsiniz.
Telemarketinq üçün informasiya sistemlərinin əsas funksiyaları:
- Müştəriyə zəng etmək imkanı
- Daxil olan zənglər, operatorların avtomatik işlənməsiDaxil olan və ya gedən zəng haqqında məlumatın operatorun kompüterində əks olunması
- Zənglərin avtomatlaşdırılması
- Operatorların əyani təsviri
- Zənglər barədə hesabatların formalaşdırılması
- Söhbətlərin qeyd edilməsi
Mənbə:seven.services