Güclü kororativ brendinqin yaranması sizə çox şey verə bilər. Əgər istehlakçı elektron cihazın üzərində “iPhone” markasını görərsə,o, böyük ehtimalla rəqiblərinə qarşı bu markanı seçəcək. “Virgin” (Riçard Brensona malik müxtəlif sahələrdə uğur qazanmış marka) demək olar ki istənilən bazara çıxa bilər və uğur qazanar.Çünki onun adı artıq yeni “qeyri standart” yanaşmanın sinonomidir.
Korporativ brenddə irəli sürülən əsas tələb şirkətin mütlək şəkildə hansısa əsas prinsipə arxalanmasıdır. Fərq etməz keyfiyyət, yenilik mehribanlıq. Ya da başqa bir şey olsun.
Güclü korporativ brend ümumi tematika Ş açar kəlmə, qrafika, loqotip, xarakterik rəng və reklam xərcərinn dərəcəsi də daxil olmaqla imic üzərində ciddi işə möhtacdır.Ancaq reklamın rolunu şüşirtmək lazım deyil.Şirkətin özünün yaxşı işi qədər heç nə korporativ imicin möhkəmlənməsinə zəmanət vermir. Onun KİV.lə savadlı şəkildə təşkil olnmş əlaqəylə uyğunlaşdırılması korporativ reklamdan qat-qat çox şey verəcək.
Müəllif: Aliyə Nuruyeva