Bisnesin fəsləfəsi olaraq marketinq müasir biznes üçün normadır. Bu onunla əlaqədardır ki, hazırda yalnız marketinqin köməyilə effektli biznes qurmaq mümkündür. Belə biznes bütün səhmdar, biznesmen, direktorların əsas məqsədidir, çünki effektli biznes rahat yuxu, sakit əsəblər və gələcəyə əminlik deməkdir.
Marketinq biznesmenlərin sehrli çubuğuna çevrilib. Yalnız marketinq prinsiplərindən maksimum istifadə edən şirkətlər, bu gün lider olmaq və uğur qazanmağa qadirdilər. Biznes fəlsəfəsi kimi marketinq satışları maksimum artırmaq, mənfəət qazanmaq və gəlirin həcmini artırmaq üçün istifadə olunur. O Ələddinin sehrli çırağına bənzəyir. Çünki o yalnız gəlir əldə etmək üçün deyil, həmçinin bisnesmen, aksioner və şirkət rəhbərlərinin arzularının yerinə yetirilməsi üçün tətbiq olunur.
Marketinq xüsusi orduya bənzəyir, çünki o sürətli, effektli, səssiz və keyfiyyətli şəkildə fəaliyyət göstərir və yeni müştərilən cəlb olunması; yeni bazarların yaradılması; gəlirlərin maksimum dərəcədə artırılması; yeni bazarlara daxil olmaq; xərclərin azaldılması; biznesin səmərəliliyinin artırılması; biznes problemlərinin həlli; rəqiblərlə effektli qarşıdurma; biznesin keyfiyyətli inkişafı kimi arzuların reallaşmasına kömək edir.
Aydındır ki, yuxarıda qeyd olunanlar marketinqin yerinə yetirdiyi arzuların hamısı deyil, yalnız ən məşhurlarıdır. Marketinqin imkanları bu arzularla məhdudlaşmır, o asanlıqla biznesin bütün sahələri üzrə tətbiq oluna bilər.
Ümumilikdə insanlar, xüsusilə də biznesmenlər müxtəlif tiplərə bölünürlər. İnsanların və müvafiq olaraq biznesmenlərin müəyyən qismi daha çox maddiyyat arxasınca qaçır və daha çox pul qazanmağa çalışırlar. Müəyyən insan və bisnesmen tipi isə maddiyyat ilə motivasiya səviyyəsini artıq aşıblar. Belə insanların pulu yetərincə olur, lakin həyat təəssüratları kifayət qədər olmur.
Bu səbəbdən onlar artıq maddiyyata can atmır, nəyə qadir olduqlarını, nə bacardıqlarını yoxlamaq arzusunda olurlar. Belə arzular sayəsində onlar əvvəllər heç kimin məşğul olmadığı layihələri reallaşdırmağa başlayırlar. Bu arzuların həyata keçirilməsində onlara biznesin fəlsəfəsi olaraq marketinq kömək edə bilər.
Məsələn, onlar turistlər üçün kosmik gəminin və ya dünyanın ən yüksək göydələninin tikintisini həyata keçirə bilərlər. İnsanlar və biznesmenlərin bu cür istəkləri hörmətə layiqdir, çünki məhz bu insanların sayəsində biz hal-hazırda yaşadığımız kimi yaşayırıq.
Hər arzu reallaşa bilmir, çünki hər kəsin başladığı işi sona çatdırmaq üçün təcrübəsi, bacarığı çatmır və ya pulu kifayət etmir. Çoxu öz arzularını reallaşdırmadan, özündən və həyatdan narazı şəkildə bu dünyanı tərk edir. İndi arzuları reallaşdırmaq daha asandır, çünki bisnesin fəsləfəsi kimi marketinq mövcuddur.
Marketinqin texnologiyaları sayəsində reallaşmış arzular əhəmiyyətli dərəcədə artır. Bu mövzuda marketinqin xüsusi effektivliyi onun ideal dünya ilə daha yaxın olması ilə bağlıdır. Məhz bu ona yalnız maddi obyektlərlə deyil, həm də ideyalarla işləməyə imkan verir. Marketinq ilə sabahkı gün xəyallarınızda gördüyünüz kimi ola bilər.
banker.az