Nə üçün dəbli brendlərə outlet lazımdır?

Nə üçün dəbli brendlərə outlet lazımdır?

Belə bir fikir mövcuddur ki, elit retailer-lər outlet-ləri əşyaları adi qiymətə ala bilməyənlərə köhnə və məşhur olmayan malları satmaq üçün istifadə edirlər. Yeni araşdırma göstərir ki, hər şey bu qədər bəsit deyil.

Donald Nqve son 5 ildə ABŞ-da yüzlərlə mağaza və outlet-də dəbli geyimlərin satışı ilə bağlı məlumatları araşdırıb. O aydınlaşdırıb ki, mağaza və outlet müştərilərinin gəlirləri müqayisə oluna bilər: fərq ondadır ki, outlet-ə gələnlər dəbin arxasınca çox da qaçmır və pula qənaət etmək üçün həvəslə vaxtlarını yola sərf edirlər (outlet-lər, bir qayda olaraq, şəhərin mərkəzindən uzaqda yerləşirlər).



Outlet-lər retailer-lərə yeni məhsullara daha çox pul sərf etməyə hazır olanları əyləndirməyə imkan verərək “şüurlu” müştəriləri cəlb edir; onlar həmçinin bazarda məhsul uğursuzluğu riskini azaldırlar. Nqve-nin hesablamalarına əsasən, outlet-lər yoxa çıxarsa, şirkətlərin gəliri 23% aşağı düşər, yeni məhsulların tətbiqi isə 16% azalar.

Araşdırmaların nəticəsi retailer-lər üçün son dərəcə vacibdir: outlet-lərə pərakəndə mağazalarını sıradan çıxarmağa imkan verməyən məsafə amili istisna edilir. Nqve qeyd edir ki, – “Retail artıq həm dəbsevərlərin, həm də qənaətcillərin tələbatlarını yerinə yetirmək haqda düşünməlidir”.

banker.az
Top