Bir çox insanlara “reklamın növü” nə deməkdir sualı ilə müraciət etsəniz, onların hamısı bunun reklamın çatdırılma üsulu olduğunu söyləyəcəklər (məs. televiziya reklamı, radio reklamı və s.). Lakin marketinqdə reklamın növü göndərilən məlumatın ilikin “fokusuna” aid edilir və aşağıdakı kateqoriyalardan birinə uyğun olur:
Məhsul-oriyentasiyalı reklam
Reklama çəkilən xərclərin əksər hissəsi biz toplam halda şirkətin məhsulları adlandırdığımız malların, xidmət və ya ideyanın satışına dəstək vermək istiqamətinə yönəldilir. Əksər hallarda məhsul reklamının məqsədi hər hansı bir məhsulun hədəf auditoriyanın gözündə yüksəldilməsindən ibarətdir. Marketinq mütəxəssisləri bu işin öhdəsindən sadəcə məhsul barədə məlumat verən zəif yanaşmadan tutmuş reklam olunan məhsulu digər rəqib şirkətlərin məhsulları ilə bilavasitə müqayisə edərək (müqayisəli reklamçılıq) müştəriləri məhsulun keyfiyyətinə inandıraraq onlara zorla sırımaq (inandırıcı reklamçılıq) məqsədilə mübaliğəli çıxışlara qədər bir neçə yolla gələ bilərlər.
Bununla belə bəzən marketinq mütəxəssisləri beynəlxalq səviyədə elə bir reklam istehsal edirlər ki, hədəf auditoriya orada hər hansı bir konkret məhsul ilə əlaqə görə bilmirlər. Yeni məhsulları bazara çıxaranlar yeni məhsulun təqdimatına bazarı qabaqcadan hazırlamaq üçün bu cür “oyunbaz” yanaşmadan istifadə edirlər. Misal üçün, yeni məhsulun satışa çıxarılmasından bir həftə qabaq məhsul istehsalçısı “Gələn həftədən etibarən dünya heç vaxt əvvəlki kimi olmayacaq!” deyən bir elanla televiziyada çıxış edərək nə məhsul nə də reklamın ardında duran istehsalçı şirkət barədə məlumat verməyə bilər. məqsəd məhsulun bazara çıxarılmasına qədər ona qarşı maraq və həvəsin yaradılmasından ibarətdir.
İmic Reklamı
İmic reklamı ilk növbədə təşkilatın hədəf bazarda dərk edilən əhəmiyyətinin artırılması üçün həyata keçirilir. İmic reklamı ayrı-ayrı məhsullar üzərində mərkəzləşmir, daha çox şirkətin nə təklif etdiyini təqdim edir. Bu tipli reklamlarda əgər məhsulların adları çəkilirsə, bu, hər hansı bir məhsulun mənfəət və keyfiyyətini reklam etmək üçün deyil, sadəcə “biz nə edirik” konteksində məlumat vermək üçün təqdim olunur. İmic reklamından bir qayda olaraq təşkilat tərəfindən hədəf bazarı müəyyən məsələlər barədə maarifləndirmək üçün istifadə edilir. Misal üçün, iki şirkətin birləşərək yeni şirkət olaraq özünə yeni ad götürdüyü halda yaxud şirkətin cəmiyyətdə adı yaxşı tanınmadıqda və şirkət bazarda daha mühüm əhəmiyyət kəsb etdiyini bildirmək istədikdə imic reklamından istifadə oluna bilər.
Təbliğat Reklamı
Təşkilatlar eyni zamanda reklamdan hədəf auditoriyaya təsir etmək üçün müəyyən məlumatlar ötürmək məqsədilə də istifadə edirlər. Əksər hallarda təbliğat reklamı ilə məşğul olan təşkilatların əsas məqsədi mənfəət əldə etmək olur. Misal üçün, təşkilat onun nüfuzuna mənfi təsir edə biləcək siyasi məsələ üzrə müəyyən mövqe tutaraq həmin məsələ üzrə mövqeyini bəyan etmək üçün reklamlardan faydalana bilər.
İctimai Xidmətlərin Reklamı
Bəzi ölkələrdə qeyri-kommersiya təşkilatlarına müəyyən informasiya daşıyıcıları vasitəsilə ödənişsiz elan və reklamlar yayımlamaq icazəsi verilir, bu şərtlə ki, həmin elan və reklamların mövzusu bilavasitə cəmiyyətin mənafeyinə xidmət etsin. Misal üçün, azyaşlıların siqaret çəkməyi, narkotik vasitələrdən qeyri-qanuni istifadə və əqli xəstəlik kimi social məsələlərə yönləndirilmiş reklamları radio, televiziya və digər informasiya daşıyıcıları vasitəsilə yayımlayan təşkilatlardan bunun müqabilində heç bir ödəniş alınmaya bilər.
Media ticarət reklamları üçün divarüstü rəssamlıq, elan lövhələri, küçə avadanlığı elementləri, elan nəşrləri, radio verilişləri, kino və televiziya reklamları, iri hərflərlə yazılmış internet başlıqları, internet popapları, hava reklamları, avtobus dayanacaqlarındakı skamyalar, jurnallar, qəzetlər, şəhər carçıları, avtobus kuzovlarının divarları, taksilərin qapıları və damı, musiqi səhnə şouları, metropoliten platformaları və qatarları, salfetlər üzərində elastik bantlar, supermaketlərdə almaların üzərinə vurulan stikerlər, audio və video axınlarının açılış hissələri, posterlər, biletlərin arxa hissəsi və supermarket qəbzlərindən istifadə olunur. “Müəyyən olunmuş” sponsorun informasiya daşıyıcıları vasitəsilə öz sözünü çatdırmaq üçün pul ödədiyi istənilən yer və hadisə reklam vasitəsidir.
Informasiya daşıyıcılarının digər bir əyləncə növünə aid olan gizli reklamçılıq məhsulların yerləşdirilməsi kimi tanınır. Bunun ən son versiyası filmdə reklamdır. Bu zaman filmin baş qəhramanı müəyyən markadan olan əşyalardan istifadə edir – məsələn, “Azlığın Ərizəsi” filmində Tom Kruzun ifa etdiyi Tom Anderson qəhramanı yuxarı küncündə aydın şəkildə “Nokia” loqotipi hək olunmuş kompyuterə sahibdir və ya onun qol saatının üzərində “Bulqari” firma nişanı vardır. Filmdə reklamçılığa başqa bir misal olaraq “Mən Robotam” filmini göstərmək olar, burada filmin baş qəhramanını ifa edən Will Smith “Converse” firmasının istehsalı olan ayaqqabılarını bir neçə dəfə xatırladaraq, onları “klassik” adlandırır, çünki film uzaq gələcək mövzusunda çəkilmişdir. “Cadillac” firması öz məhsullarının satışına təkan vermək üçün “The Matrix Reloaded” filmini seçdi, nəticədə filmdə “Cadillac” avtomobillərindən bir çox səhnələrdə istifadə edildi. Eyni qaydada son zamanlar çəkilmiş James Bond filmlərində “Omega” Saatları və “BMW” avtomobilləri üçün məhsul yerləşdirilməsi özünə yer aldı.
Televiziya Kommersiyası ümumilikdə kütləvi bazar reklamçılığının ən səmərəli forması hesab edilir və bu fakt populyar televiziya şəbəkələrində TV hadisələri zamanı reklam üçün ayrılmış yayıma görə təyin edilən qiymətlərin yüksək olmasında özünü göstərir. Birləşmiş Ştatlarda hər il keçirilən Super Boul futbol oyunu elə oyunun özü qədər kommersiya reklamlarına görə də məşhurdur və bu oyun zamanı 30 saniyəlik bir TV təqdimatının dəyəri 2006-cı ildə orta hesabla 2.5 milyon ABŞ dollarına çatmışdır. Virtual reklamlar adi televiziya proqramlarına kompyuter qrafikası vasitəsilə daxil edilə bilər. Bu cür reklamlar üçün səciyyəvi olan cəhət onların boş olan fonlara daxil edilməsi və ya yayım izləyiciləri üçün qeyri-müvafiq olan yerli afişaları əvəz etmək üçün istifadə edilmələridir. Bundan başqa, reklam şitlərinin real olaraq mövcud olmadığı yerlərə virtual elanlar daxil etmək mümkündür. Virtrual məhsulların yerləşdirilməsi də mümkündür. Bununla belə, aşağıda müzakirə ediləcək digər yayım vasitələri istehlakçıların internetdən, həmçinin TiVo kimi cihazlardan daha çox istifadə etmələri sayəsində get-gedə televiziya üzərində üstünlük əldə edirlər.
World Wide Web-də reklamların yerləşdirilməsi son zamanların hadisəsidir. Bu növ reklamların yerləşdirilməsi üçün qiymət yaxın əhatədə olan mövzuların uyğunluq dərəcəsindən və vebsaytların qəbul etdiyi trafikin həcmindən asılı olur. E-mail reklamçılığı yaxın zamanların digər bir fenomenidir. Elektron poçt sahibinin şəxsi təşəbbüsü olmadan onun poçtuna göndərilən reklamlar “spam” adlandırılır.
Bəzi şirkətlər məlumatları və ya korporasiya loqotiplərini raket sürətləndiricilərin yanında və Beynəlxalq Orbita Stansiyasında yerləşdirmək təklifini irəli sürmüşlər. Arxa şüur üzərində təsir göstərən reklamların səmərəliliyi (bax: fikirlərin idarə olunması) və kütləvi məlumatların üstünlüyü (bax: təbliğat) barədə fikir ayrılığı mövcuddur.
Ödənişsiz reklam (şifahi reklam da adlanır) aşağı xərclə səmərəli təbliğat təmin edə bilər. Şəxsi tövsiyyələr (“dostunu da gətir”, “sat bunu”), söz-söhbət yaymaq, ticarət markasını ümumişlək bir sözlə eyniləşdirmək (“Xerox” = “fotosurətçıxaran”, “Kleenex” = “kağız salfet”, “Vaseline” = “neft məhsulu”) – bütün bunlar istənilən reklam şirkətinin əldə etdikləri uğurun ən yüksək zirvələridir. Lakin bəzi şirkətlər öz adlarının əşyalar üzərinə etiket kimi vurulmasına qarşı çıxırlar.