Bir çox sahibkar və rəhbər şəxslər reklam kampaniyasından nisbətən az gəlir əldə edirlər, halbuki bu gəlirin miqdarı daha çox ola bilər. Bunun səbəblər isə bəzən çox sadədir və ilk növbədə məhdud inanclarda gizlənib:
— Reklam kreativ olmalıdır inancı;
— Reklam kreativ olduqdan sonra gəlir həddindən artıq çox olacaq;
— Reklam kreativ olduğundan onu daim yeniləmək lazımdır;
— Reklamları mümkün qədər çox adam görməlidir (Axı o kreativdir, insanlar onun sehrinə düşəcək!…);
— Reklamı ancaq reklam mütəxəssisləri bacarır;
— Ən gülünc inanc: “Biz özümüzü reklam edirik” və yaxud “Biz öz məhsulumuzu reklam edirik”.
Yuxarıda sadalanan bütün bu inancları dəyişmək üçün reklamın məhz sizin biznesə tətbiq edilmə üsulu strategiyasını nəzərdən keçirməli və yalnızca bundan sonra ehtiyac yarandığı halda biznes korifeylərinin əsərlərini araşdırın. Hazır reklam strategiyasına artıq sahibsinizsə professional bir şəxsi bu prosesə dəvət edərək maksimum effektivlik əldə etmək olar.
Məşhur amerikalı marketinq dahisi Cey Abraham isə satışlardan və reklamdan maksimum gəlir əldə etmək üçün 3 əsas cəhəti nəzərə almağı məsləhət görür. Bir faktı qeyd edək ki, bu şəxs öz müştərilərinin satış həcmini ümumilikdə 4 milyard dollardan çox artırmağa kömək edib.
Birincisi: Reklamın əsas qanunu
Reklam daim müştəri, yaxud alıcı bizim məhsul və xidmətimizdən hansı faydanı əldə edəcəyi haqqındadır. Reklam bizim və yaxud bizim məhsulumuz haqqında deyil, reklam hər zaman müştəri haqqındadır!
İkincisi: Reklam hərəkətverici olmalıdır!
Bunun üçün o: Hərəkətə çağırışa meyilli olmalı;
Könüllü hərəkətə səbəb olmalı, bunun üçün isə: Eyni bir reklamın bir neçə (minimum 3) variantını yaratmaq və onların təsirlilik qabiliyyətini bir-biri ilə müqayisə etmək lazımdır;
Müxtəlif başlıq variantlarına xüsusi diqqətlə yanaşmaq;
Reklamı daim əldə edilən nəticələr nöqteyi-nəzərindən mühakimə etmək.
Üçüncüsü: Hədəf kütləsi
Sahibkarlar və öz reklamından maksimum gəlir əldə etmək arzusunda olan istənilən şəxslər reklamının hədəf kütləsinin düzgün şəkildə seçildiyindən əmin olmalıdır. Adətən həmin şəxslər yanlış olaraq auditoriyanı mümkün qədər geniş götürməyə çalışır ki, bu zaman bir müştərinin cəlb edilməsi üçün sərf edilən vəsaitin həcmi kifayət qədər çox olur. Bunun əvəzində isə, reklamn birbaşa aid olduğu hədəf kütləsini təyin etmək və cari reklamı məhz həmin istiqamətdə inkişaf etdirmək lazımdır!
Bu qaydalara riayət etmək reklama sərf edilən xərcləri ona yatırılan investisiyaya çevirir və bu investisiyalardan əldə edilən gəlirlərin həcmini dəfələrlə artıra bilər!