Radio reklamı və ya radioda reklam radio stansiyalarından translyasiya olunan hər hansı reklamı ifadə etmək üçün ümumi termindir. Radio reklamı istehlakçıların reklam vasitələri ilə əhatə olunmasına görə, demək olar ki, ən kütləvi reklam növlərindən biridir. Mövcudluğunun qısa müddətli olmasına baxmayaraq, radio reklam daim inkişaf edərək, təkmilləşərək digər reklam vasitələri ilə raqabət aparır.
Radio məişətimizə möhkəm daxil olmuşdur, doğrudur. Son zamanlar digər reklam vasitələrinə nisbətən radionun rolu azalmışdır. Buna baxmayaraq, hər gün radionu işə salaraq biz radio reklama qulaq asırıq. Bu, reklamın müstəsna olaraq təsirli vasitəsidir və bütün bunlara əlavə olaraq daha qənaətcil və operativdir: radioda reklam elanlarının hazırlanmasına çox vaxt tələb olunmur, belə elanın qiyməti nisbətən ucuzdur.
Radio reklamı asanlıqla və qeyri-iradi olaraq dərk olunur: radioya səhər yeməyi yeyərkən, avtomobildə və qatarda gedən zaman, işdə nahar fasiləsi zamanı qulaq asmaq olar. Buna görə də radio reklam verilişini əyləncəli və ya maarifləndirici, zəhlə tökməyən formada, dostluq və təbii danışıq manerasında qurmaq lazımdır.
Əgər qəzet və jurnal reklamları əsasən formal və təmkinli xarakter daşıyırsa, radiodakı reklam verilişləri səmimi, sərbəst və daha yüksək improvizasiyalı olmalıdır.
Təqribən 30 saniyədən 1 dəqiqəyədək davam edən müddət ərzində reklam elanı asanlıqla dərk olunur. Özü də musiqi ilə müşayiət olunan radio reklamı daha yaxşı mənimsənilir.
Yadda saxlamaq lazımdır ki, qavrayışda radio özünəməxsus xüsusiyyətlərə malikdir: əgər oxucu qəzet alıbsa, o, bu qəzeti istənilən vaxt və bir neçə dəfə nəzərdən keçirə bilər. Radioreklamı bir dəfə və planlaşdırılan zaman fəaliyyət göstərir. Buna görə də tələb olunur ki, reklamın translyasiyası zamanı verilişə müvafiq məqsədli qrup (məsələn: səhər 8-ə qədər və saat 8-dən sonra fəhlələr, qulluqçular, tələbələr; saat 9-dan-12-yə qədər evdar qadınlar və pensiyaçılar və s.) qulaq assın və bundan asılı olaraq mətnlərin məzmunu variasiya etsin.
Radio reklam müraciətində qəzet və jurnal reklamına nisbətən təkrarlanmanın qəbul edilməsinə çox zaman müraciət etmək lazımdır, belə ki, radio dinləyicisi reklam proqramının ayrı-ayrı məqamlarını heç də həmişə ilk dəfədən dərk etmir. Əgər hər bir radio reklam verilişi eyni musiqi siqnalı ilə başlayır və qurtarırsa, ciddi müəyyən edilmiş vaxtda translyasiya olunan ən səmərəli müntəzəm radio reklamı xüsusilə qiymətlidir.
Radio reklamı reklam informasiyasının verilməsi və səslə dərk olunması (qavranlıması) üçün radio şəbəkəsindən istifadə edilməsini tələb edir ki, bu da səs reklamıdır. O, ağıla nisbətən hisslərə daha çox təsir göstərir, belə ki, onu gündəlik məşğuliyyətə fon kimi dərk edirlər.
Radio reklamını səsli reklamın növlərindən biri hesab etmək olar. Səsli reklama həmçinin səsli indor-reklam (ing. «indor” – “daxili”), bazarlarda metroda, vağzallarda, təyyarə limanlarında, nəqliyyatda səsli reklam da aiddir.
Bir çox radiostansiyalar yalnız musiqi və xəbərləri, onların arasında isə reklamı verirlər. İnsan radio reklama qulaq asmaya da bilər, lakin firmanın adının və onun göstəricilərinin hardasa dörd-beş dəfə təkrar olunması yaddaşa daxil olur. Səmərəli radio reklamı digər radio elanların “pərdəsindən” keçməli və dinləyicisinin şüarına daxil olmalıdır.
Klassik baxımdan radio reklamı mağazadan kənar reklama və mağaza daxili reklama bölünür.
Mağazadan kənar reklam radio translyasiya şəbəkəsi: kənd, şəhər, rayon, vilayət, eləcə də yarmarkalarda, bazarlarda, satış sərgilərində radio qovşaqları vasitəsilə həyata keçirilir.
Mağaza daxili reklam bir ticarət müəssisəsi çərçivəsi ilə məhdudlaşır və radio translyasiya qurğuları vasitəsilə həyata keçirilir və onların gücləndiriciləri mağazadan kənara (küçəyə) çıxarıla bilər. Bu halda verilişin reklam təsiri və dinləyicilərlə əhatə olunması artır.
Mağazadaxili reklama əmtəələrin (malların) daxil olması və mövcudluğu, onların xassələrinin izah edilməsi, onlara qulluğa görə məsləhətlər, alıcılara göstərilən xidmətlər barəsində məlumatlar (malların çatdırılması, parçanın biçib kəsilməsi və s.) haqqında, əmtəələrin satış metodları və qaydası haqqında elanlar daxildir. Elanların mətni mikrofon vasitəsilə verilir.
Radioda verilən elanlar rahatdır, dövri mətbuatda kiçik partiyada malların reklamının aparılması məqsədəuyğun deyil.
Demək olar ki, bütün qrupdan olan malları radioda reklam etmək olar. Lakin radio reklamın verilməsi zamanı aşağıdakı müddəalar rəhbər tutulmalıdır: elə əmtəələri seçmək lazımdır ki, onlar haqqında aydın və bədii şəkildə danışmaq olar; bir halda ki, radio geniş auditoriyaya malikdir, əhalinin əksəriyyətinin geniş tələbi olduğu, alıcıların müxtəlif kateqoriyaları tərəfindən tez-tez və müntəzəm aldığı malların reklamı üçün ondan istifadə edilməsi tövsiyyə olunur; potensial alıcının əmtəənin alınması haqqında qərarın qəbul edilməsindən əvvəl bu əmtəə haqqında həmin potensial alıcının bitkin informasiyaya malik olması üçün radio reklam verilişinin hər hansı bir növündə əmtəələrin qiymətini hökmən xatırlatmaq lazımdır.
Radioda reklamın ən geniş yaylımış növlərinə radio elanları, müxtəlif radio jurnalları və reklam radio reportaıları, radio çarxları aiddir.
Radio elanı – diktor tərəfindən oxunan informasiyadır. Radio jurnal – informasiya reklam xarakterli tematik radio verikişidir və onun ayrı-ayrı elementləri qısa konfrans (konferansyenin dinləyicilərə verdiyi xəbər ilə birləşir.
Hər hansı bir yarmarka, catış sərgiləri və ya digər hadisələr haqqında radio reportajlar həm birbaşa, həm də dolayı reklamı (alınmış mallar haqqında istehlakçıların təəsüratı, yeni mallar haqqında məlumatları və s.) ehtiva edə bilər.
Reklamın ayrı-ayrı səs trekləri çarxlar və ya sportlar (ing.spor-ashort presentation orcommercial on televizion or radio bectwin major proqrams) adlanır.
Radio çarxları – xüsusi hazırlanmış səhnə üçün yararlı (oyun xarakterli) radio süjetdir və o, orujinal manerada (çox zaman hazırcavab zerafat və ya intriqalı dialoqu formasında) və bir qayda olaraq, musiqinin müşayəti ilə təklif olunan məhsul, əmtəə və ya xidmət haqqında informasiyanı izah və şərh edir. Bəzən reklam radioçarxları hətta kiçik reklam şlyager mahnısı formasında ola bilər.
Reklam çarxlarının (sportlarının) aşagıdakı növləri var:
- Sadə informasiya çarxları (sportları). Çox zaman musiqinin müşayətilə, yaxud musiqinin müşayəti olmadan diktor tərəfindən (və ya növbə ilə bir neçə diktor tərəfindən) mətnin oxunması leməkdir. Cox zaman belə çarxlarda əlavə səs effektləri olmur.
- oyun çarxları. Kiçik radio tamaşalar deməkdir. Hər hansı bir kiçik səhnə oyunla bilər: dostların və rəfiqələrin danışıgı, magazada səhyə küçə səhnəsinin, paradin, konsertin, sirkin imitasiyası, hətta radio proqramın (o cümlədən xəbərlərin) imitasiyası cox zaman oyun çarxları təcrübədə zarafat formasında olur.
- imic çarxları. Söhbət permanent (fasiləsiz) aksiyalar və ya güzəştlər haqqında yox, kompaniyanın tərzinin yaradılmasına, onun missiyasının izahına, brendin möhkəmlənməsinə yönələn çarxlardan gedir. Bu çarxlara, bir qayda olaraq ciddi kompaniyaların və brendlərin çarxları aiddir.
Muəllif: BDU-nun dosenti F.M.Qarayev
Mənbə: İqtisadiyyat qəzeti