Məqsəd auditoriyasını necə cəlb etməli?

Məqsəd auditoriyasını necə cəlb etməli?

Reklam elanlarını düzəldəndə onları düzgün düzəltmək çox vacibdir. Elə etmək lazımdır ki, onlar müştəriləri cəlb edə bilsin.Bu göründüyü kimi asan deyil və müxtəlif reklam sahələrinin fərqli reklamlarına baxdıqda görürük ki, bu çoxunda uğurlu alınmayıb. Gəlin bir yerdə baxaq necə uğurlu və cəlb edici elan düzəltmək olar. Əslində bu asandır.Bir neçə variantlara baxaq:

 1. Təklifin müddəti olmalıdır
Əgər sizin yaxşı bir təklifiniz varsa, onda müştərini  cəlb etmək üçün  dəqiq müddət olmalıdır. O, bu təklifin keçici olduğunu bildikdə məhsulu almaq üçün daha qəti qərarlı olacaq. Bu o deməkdir ki, o sizin verdiyiniz şərtlərlə razı olacaqdır. Limitli vaxt təklifi-marketoloqların sevimli seçimidir, belə ki, o mala olan tələbi artırır.

 2. Məhsulun sayı məhduddur
Bu üsul bir qədər əvvəlkinə bənzəyir. Bu deməkdir ki, şirkət məhsulları məhdud sayda təklif edir. Məsələn, hansısa bir alman online mağazası unikal dizaynda olan qadın paltar kolleksiyasını məhdud sayda satır. Nəticə nədir? Onlar bir günə satılır. Bu mağazanın sistemi elə qurulub ki, hər kolleksiya bir ay ərzində satılır. Bu məhdudiyyətlə tam hüquqlu bir biznes qurmaq olar.

 3. Əsas öz yerini tapmaqdır
İlk 100(1000-10000) müştərilərə hədiyələr. Bu yollar artıq çox şirkətlər tərəfindən işlənir. Düzgün hədiyyəni düzgün bir şəkildə reklam edərək çox şey qazanmaq olar. ABŞ-da bu  metod tez-tez bir beysbol komandasını tamamlamaq üçün işlənir.

 4. Məhsulun pulsuz konsultasiyaları və sınaq versiyaları
Bir çox hüquq şirkətləri müştəriləri cəlb etmək üçün onlara pulsuz məsləhətlər verirlər. Onlar bilirlər ki, bu məsləhətlərdən sonra onların müştərilərin sayı artacaqdır. Software satıcıları sadəcə 30 gün işləyən proqramların sınaq versiyasını yükləmək imkanı verirlər.

 5. Birbaşa satış
Sadəcə məhsulun mağazalarda mövcud olmadığını deyin. Siz onları birbaşa satışa qoyun. Və bu addım çox uğurlu ola bilər. Əgər potensial bir müştəriyə sizin məhsulunuz çox lazımdırsa, o sizinlə əlaqə saxlayacaqdır.

 6. İstehlakçıların təhlükəsizliyini vurğulayın
Bu adətən pulun 30 gün ərzində heç bir sualsız geri qaytarılmasıdır. Bu yanaşma axır günlərdə Rusiyada çox işlənir.

 7. Pulsuz aksesuarlar
Məhsulla birlikdə hədiyyə ediləcək aksesuarlar. Məsələn, üz kremi sataraq əl kremini hədiyyə etmək olar. Bir çox kosmetik mağazalar belə edirlər.

Bu sizin müştəriləri cəlb etmək üçün olan şeylərin bir hissəsidir.Əgər sizin əlavələriniz varsa, onda şərhlərdə əlavə edə bilərsiniz.

Top