Əgər siz internet məlumat alıcısınızsa və ya olmağa çalışırsınızsa, burada sizin onlayn gəlirlərinizi maksimum həddə çatdıra bilməyiniz üçün bəzi qaydalar var:
1. Geniş və müxtəlif mövzularda informasiya məhsulları istehsal etməyin. Əksinə, diqqət mərkəzini daraldın. Sonra bu məlumatların həqiqətən də bir-biri ilə əlaqəli olduğundan əmin olun.
2. Böyük bir müştəri siyahısı tərtib edin. Müştərilərinizi e-mail vasitəsilə mütəmadi olaraq yeniliklərinizlə bağlı məlumatlandırın.
3. E-kitab və ya digər internetdən yüklənilə bilən bir informasiyanı satdığınız zaman müştəriyə həmin məhsulu geri qaytardıqları zaman qəbul edildiyini deyin. Lakin bunun üçün ƏDV kimi məhsulun 21%-nin tələb olunduğunu qeyd edin.
4. Sizin və digərləri üçün asan yadda qalan domen adlar seçin.
5. Daha çox insanın sizin e-siyahınıza üzv ola bilməsi üçün internetdə ödənişsiz abunəlik təklif edin.
6. Siz həmçinin xüsusi bir hesabat və ya e-kitab kimi pulsuz təklif ilə bir siyahı da tərtib edə bilərsiniz. Amma pulsuz onlayn xəbər portalı daha yaxşıdır. Çünki onlar davamlı olaraq sizdən e-mail gözləyəcəklər və bu abunələrdə yenilik gözləmək vərdişini yaradır.
7. Müştəriləriniz üçün alternativ ödəmə seçimləri təklif edin: MasterCard, Visa, PayPal kimi plastik kartlar vasitəsilə ödəmələrini edə biləcəklərini deyin.
8. Nəqliyyat və çatdırılmanın həqiqi dəyərinə yaxın bir qiymətlə nəqliyyat və çatdırılmanın mümkünlüyünü qeyd edin. Əlavə bir xərc demək ya da, nəqliyyat və çatdırılmadan istifadə edib əlavə pul almağa çalışmayın.
9. Hətta bir fiziki informasiya satılsa belə, alıcı tərəfindən bir hissəsini yükləmək üçün hər hansı bir komponentini yerləşdirin.
10. Satdığınız hər bir informasiyanı açılış səhifəsində yerləşdirin.
11. Məhsulu açılış səhifənizdə qısa onlayn video şəklində yerləşdirsəniz, bu sizin məhsulun alışına 10-20% təsir edərək gəliri artıracaq.
12. Onlayn məlumat alanlar məhsulu almazdan öncə onun haqqında geniş bir araşdırma aparırlar. Buna görə də çalışın səhifənizdə məhsul haqqında kifayət qədər dolğun məlumat yerləşdirəsiniz.
13. Onlayn yaratmaq və satmaq üçün ən əlverişli məhsul e-kitabdır. Sadəcə 50 səhifəlik bir e- kitab kifayətdir.
14. Onlayn yaratmaq üçün ən əlverişli və qısa yol isə 1 saatlıq CD hazırlamaq və bu CD’ni 29$-39$ arası satmaqdır.
15. Özünüzü sahnənizdə ekspert kimi təqdim etmək üçün xüsusi yazılar yazın. Onları ticari??? jurnallarda, istehlak jurnal və qəzetlərində çap etdirin.
16. Çap edilmiş yazılarınızı PDF formatında toplayın. Həmin bu topladığınız PDF-ləri satdığınız məhsulun üstündə hədiyyə kimi təqdim edin. Müştərilər hədiyyələri sevirlər.
17. 3 punktlu qiymətləndirmə cədvəli hazırlayın: aşağı (50 dollar və aşağı), orta (50 dollardan 300 dollara qədər) və yüksək (300 dollardan yuxarı).
18. Oxuma (pdf, qeydlər), dinləmə (CD), izləmə (video), təcrübi (seminarlar) sizin məhsulun tanıdılmasında rol oynayan 4 metoddur.
19. Əgər müştəri məhsulun geri qaytarılması ilə bağlı olaraq sizə müraciət edirsə və siz onun tənqidi ilə razısınızsa, heç bir arqument tələb etmədən məhsulu qəbul edin.
20. Öz səhifənizdə müştərilərin rahatlığı üçün alış-veriş səbəti, onlayn müştəri xidmətləri və hesabat kimi pəncərələr yerləşdirin.
21. E-siyahınızdakı adlar sizə illik nə qədər xeyir verir bunu bilin. Məsələn, Əgər siz ildə 500.000 dollar əldə edirsinizsə və sizin 50.000 istifadəçiniz varsa, bu adam başına 10 dollar gəlir əldə etdiyinizi göstərir.
22. Siyahınıza yeni adlar əlavə edə bilmək üçün reklam edin. Hər gələn yeni istifadəçi növbəti 4 ay ərzində alış-veriş edərək sizə əlavə gəlir qazandıracaq. Hər istifadəçi il ərzində orta hesabla 10 dollar gəlir verir.
23. Məhsullarınızı sata bilmək üçün yaxşı internet marketoloqları tapın.
24. Bütün filialları üçün ümumi gəlirin 50%-ni standart komissiya kimi təklif edin. Kiçik komissiya bu işdə az marağı olan digər marketoloqları da cəlb edəcək.
25. Məhsullarınızı internetdə axtara bilmələri üçün açar sözlər tərtib edin.
26. 1923 və ya daha əvvəllər nəşr edilmiş kitabları axtarın. Bu kitablardan yazıçıdan icazə almadan belə məlumat kimi istifadə edə bilərsiniz. Çünki müəllif huquqları sadəcə həmin yazıçıya aiddir.
27. Məlumatlarınızı oxucularınızın daha rahat tapa bilməsi üçün ayrı-ayrı sərlövhələrdə paylaşın.
Tərcümə etdi: Zöhrə Nəsibova