Razısalma qabiliyyəti

Razısalma qabiliyyəti

Satış gücünüzü artırmaq istəyirsiniz?
Bu zaman razısalma qabiliyyətinizi inkişaf etdirməlisiniz. Bəs razısalma qabiliyyətinizi necə artıra bilərsiniz? Müştərilərinizi satın almağa razı salmada necə daha təsirli ola bilərsiniz? Aşağıdakı nümunələrdə Amerikada yüksək razısalma gücünə sahib satış mütəxəssislərinin sirrini tapacaqsınız. Bunlar razısalma gücünüzü artıracaq 9 üsuldur.

Pozitiv olun
Müvəffəqiyyətli satış işçiləri, gülərüzlü insanlar olmalıdır. Özləri, təmsil etdikləri firmalar, satdıqları məhsul ya da xidmətlər, razısalmağa çalışdıqları müştərilər və yaşadıqları ölkə haqqında müsbət düşüncə və yanaşmalara sahib olmalıdırlar. Hər şeyə pozitiv yanaşmalı, həyat, etdiyiniz iş haqqında həyəcanlandığınızda, razısalma gücünüz də artar, belə ki, digər insanları da müsbət təsir etmiş olarsınız.

Namizədinizi seçin
Müvəffəqiyyətli satış işçiləri, razısalma güclərini, satın almaq üçün kafi qaynağı olan və satdıqları şeyi almaq üçün möhkəm səbəbləri olan kəslərə yanaşmalıdırlar. Professional satış işçiləri uzun müddətli gəlir təmin edə biləcək müştəri namizədləri tapırlar. Çarpaz satış imkanlarını analiz edirlər. Mövcud bir müştəriyə çarpaz satmaq üçün 3 dəfə telefonla əlaqə yaratmaq lazım olarkən, yeni bir müştəriyə satmaq üçün bunun sayı 7-yə qalxır. Qısacası, razısalma gücü yüksək olan bir adambütün səyini satın almaq üçün qaynaqları, motivasiyası və səlahiyyəti olan, bundan başqa yenidən daha çox qazanc gətirəcək satış potensialı təqdim edən adama istiqamətlənir.

Hazırlaşın
Orta hesabla bir satış işçisi satışla bağlı görüşmək üçün dəlilər kimi məşğul olar. Qərar verəcək adam görüşü qəbul etdikdən sonra isə zəif bir təqdimatla həmin satış fürsətini itirə bilər. Məşğul insanlara 40 dəqiqə boyunca xüsusiyyətlər və faydalar haqqında danışıb dayanmaqla satış edə bilməzsiniz. Ümumiyyətlə, belə təqdimatların ardından nə satış işçisi, nə də müştəri namizədi bir az əvvəl nə izah edildiyini yekunlaşdıra bilər. Professional satış işçiləri hər zaman ev tapşırıqlarını edirlər. Nə qədər yaxşı hazırlansalar, təqdimat edərkən o qədər razı salıcı olacaqlarını bilirlər. Müştəri namizədi haqqında bilmələri lazım olan hər şeyi araşdırıb öyrənirlər. Nə göstərəcəklərini və söyləyəcəklərini planlaşdırırlar, dayanmadan müşahidə edərlər.

Zamanınızdan düzgün istifadə edin
Həvəskar satış işçiləri bir rəqib tərəfindən təxribata uğradıldıqlarında əsəbi bir şəkildə şikayət edirlər. Bu müştəri necə ola bilər ki, baha qiymətə keyfiyyətsiz malı alır? Axmaq olmalıdır! Müştəri axmaq deyil! Şikayət edən tərəfdən fərqli olaraq, daha yaxşı rəqib satış işçisi tərəfindən həyata keçirilmişdir. Unutmayın! İnsanları satın almırlar, əksinə, onlara satırlar. Hər şeyin satılması lazımdır. Güclü bir təqdimat etməsəniz, müştəri namizədinizi satın almağa razısala bilməzsiniz. Razısalma gücü yüksək insanlar, bir teatr tamaşasında oynayan aktyorlar kimidirlər.Təqdimatlarını edərkən satış işçilər də bu cür olmalıdırlar. Seyr etməsi və dinləməsi çox əyləncəli və məlumatlandırıcı insanlardır. İşdə müvəffəqiyyətli olmaq üçün «hərəkət müddətinizin» hər saniyəsini çox yaxşı istifadə etməlisiniz.

Anlayın
Razısalma gücü yüksək kəslər, müştəri namizədinə fokuslanar və hər birinin həyatdakı motivasiya qaynağını araşdırarlar. Motivasiya qaynağını bir dəfə tapdıqlarında bu istiqamətdə hərəkət edərlər. Razısalma gücünüzü artırmaq üçün müştəri namizədlərinizin gözlərini oxumağı, satın almaq və ya da almamaq mövzusundakı motivasiyalarını kəşf etməyi öyrənin.

Yaxşıca araşdırın
Orta hesabla satış işçiləri çox danışırlar. Ağılınıza gələ biləcək hər mövzuda 30 dəqiqəlik bir müzakirə apara bilərlər. Buna görə səssizlik satış işçilərinin çoxu üçün bir təhdid meydana gətirir. Müştəri namizədi fikrini dəqiqləşdirmək üçün bir an dayandığında həvəskar satıcı, sadəcə olaraq səssizliyi pozmaq üçün, bir satış uydurmasıyla ortaya atlayacaq..

Fərdiləşdirin
Satışda ən güclü söz «siz»dir. «Siz» üzərindəki vurğu, istiqamətləndirici satış ilə istiqamətləndirici olmayan satış arasındakı fərqi ortaya qoyar. İstiqamətləndirici satış eqoistdir. Satış işçisinin nə istədiyinə və nəyə ehtiyac duyduğuna fokuslanır.
İstiqamətləndirici olmayan satış, müştəri mərkəzlidir.
 Müştəri namizədinin ehtiyac və istəklərinə fokuslanır. Təqdim etdiyiniz iş təklifini araşdıran bir adam yalnız bir şeyi bilmək istər: Bunun mənə nə faydası var? Razısalma gücünüzü artırmaq istəyirsinizsə, təqdim etməyin hər hissəsini müştəri namizədinizin fərdi ehtiyac və istəklərini qarşılayacaq şəkildə fərdiləşdirin.

Məmnun edin
Razısalma gücü yüksək insanlar satışı müştərilərini məmnun etməyə çalışarlar. Müştəri namizədləri, satdığınız şeyə sahib olma mövzusunda həyəcan duymağa başlayanda, müştəriniz olurlar. Professional satış işçiləri müştəri namizədlərini satın almağa məcbur edə bilməyəcəklərini bilirlər. Qarşılarındakı ən böyük maneə, namizədlərin almaq istəmələrini təmin etməkdir. Buna görə alma arzusu yaratmaq üçün bir çox üsuldan faydalanaraq namizədləri məmnun etməyə çalışırlar.

Sübut edin
Satış bacarığına sahib kəslər, arxasında dayana bilməyəcəkləri sözlər söyləməzlər. Və söylədikləri hər şeyin müştəri tərəfindən göründüyü dəyəriylə qəbul edilməsini gözləməzlər. Qarşıya qoyduqları hər iddianı sübut etməyə, bu iddiaları konkret məlumatlar, test nəticələri və performans qeydləri ilə dəstəkləməyə hər vaxt hazırdırlar. Sübut etmə yoluyla razı salmanın ən gözəl yollarından biri məhsul, ya da xidmətlərinizdən məmnun olan kəslərin sözlərini dəlil kimi istifadə edin. Üçüncü tərəflərin təsdiqləyici ifadələri, iddialarınız və məhsullarınız haqqında dedikləri etibar qazanmaq baxımından son dərəcə təsirlidir. Bunları istifadə etməyi öyrənin və razısalma gücü yüksək bir adam olun!
Top