Marketinq nədir?

Marketinq nədir?

Sadə bir mövqedən yanaşsaq marketinq işləri və strategiyası istehsalçı şirkətlərə gəlir verməklə bərabər  istehlakçıları razı salacaq məhsul istehsalı ilə nəticələnən prosesdir.
Marketinq «kəskin rəqabət» xarakteri daşıyır, çünki :

  • hər bir istehlakçının öz tələbatını ödəyən məhsulu olur;
  • şirkət üçün normal mənfəət əldə olunur.

Marketinq bu məqsədlərin hər ikisinin tamamlanmasını zəruri hesab edən bütün fəaliyyət növlərinin yaradıcı və dəyişkən bir prinsipidir.
Peter Drukerin fikrincə marketinq elə bir əsas amildir ki, onu müstəqil bir funksiya hesab etmək qeyri-mümkündür. O, son nəticə olaraq yəni, istehlakçı nöqteyi nəzərindən bütöv bir biznesdir.
Marketinq prosesi müştərilərin hansı məhsulları almaq istəyinin və tələbatının müəyyənləşdirilməsindən başlanır. Məhsulların əlamət və keyfiyyətlərindən sonra, istehlakçıların tələbat və ehtiyacı marketinqdə növbəti bir mərhələdir. Əgər siz hər hansı bir məhsul istehsal etmək və istehlakçıları həmin məhsulu almağa sövq etmək istiqamətində müəyyən addım atmaq istəyirsinizsə, bu zaman «çox gərgin bir mübarizə» ilə üzləşməli olacaqsınız.
Marketinq prosesinin sonrakı mərhələsi isə qiymətlərin təyin edilməsi, potensial istehlakçılara həmin məhsullar haqqında məlumat vermək və onları bu məhsullarla təmin etməkdir.
Marketinq işləri əsasən hər hansı bir məhsulu bazara çıxarmaq və onları istehlakçılara çatdırmaq istiqamətində görülən bütün işləri əhatə edir. Marketinq işlərinə müştərilərin zövqünə uyğun məhsul hazırlanması (bu zaman bəzi mexanizmlərdən məsələn, marketinq tədqiqatı və qiymət təyin etmədən istifadə olunur), əhalini həmin məhsul barədə məlumatlandırmaq üçün təbliğat (bu halda ictimai əlaqələrdən, reklam, marketinq münasibətlərindən istifadə olunur) və müştərilərlə mübadilə edilməsi (satış və bölüşdürmə yolu ilə) işləri daxildir.
Qeyd etmək lazımdır ki, marketinqə satış da daxildir, lakin marketinq satışdan başqa digər funksiyaları da əhatə edir. Bəzi adamlar belə bir yanlış qənatə gəlirlər ki, guya marketinq və satış tamamilə eyni anlayışlardır, halbuki bu heç də belə deyildir. Marketinq prosesi tamamilə geniş bir prosesdir və aşağıdakıları əhatə edir:

  • müştərilərin ehtiyacı olan mal, məhsul, xidmət və ideyaların aşkar edilməsi;
  • münasib əlamət və keyfiyyətlərə malik məhsulların istehsalı;
  • qiymətin düzgün müəyyən edilməsi;
  • məhsulun təbliğ və reklam edilməsi;
  • məhsulun satışı və müştərilərə çatdırılması.

Yuxarıda göstərdiyimiz kimi satış marketin fəaliyyətinin bir növüdür. Satış həmçinin hər hansı  müştərini məhsul və ya xidməti almağa sövq etmək və onlara təsir göstərmək prosesilir. Müştərilərin tələbatını ödəməyə istiqamətləndirilməsinə baxmayaraq, satış konsepsiyası istehlakçıların ehtiyaжının məhsul həcmi ilə əlaqələndirilməsini  təmin edir. Marketinq hansı məhsula daha çox tələbat olduğunu və istehlakçıların həmin məhsul barədə məlumatlandırılma yollarının aşkar edilməsi məqsədilə həyata keçirilən tədqiqat və reklam işlərindən ibarətdir.

Top