Marketinqin əsas anlayışları

Marketinqin əsas anlayışları

Marketinqin əsaslarını təşkil edən ilkin ideya insan ehtiyacalrı ideyasıdır.

1. Ehtiyac-insan nəyinsə çatışmadığını duymaq hissidir. Insanların ehtiyacı müxtəlif və mürəkkəbdir. Ehtiyacın növləri:

    1. fizioloji ehtiyaclar; (qida, geyim)
    2. sosial ehtiyaclar; (ünsiyyət)
    3. şəxsi ehtiyaclar; (özünüifadə, məqsəd)

Əgər ehtiyac ödənilməyibsə, insan özünü uğursuz və bədbəxt hiss edir.
2. Tələbatlar-fərdin şəxsiyyəti və mədəniyyəti səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacdır.
Cəmiyyət tərəqqi etdikcə, onun üzvlərinin ehtiyacı da artir. Inkişaf etmiş ölkələrdə istirahət və qidalanmaq və Afrika, və ya Asya ölkələrində dincəlməkdən fərqlənməsi.
3. Tələblər-alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş tələbatdır. Hər bir insan öz imkanlarına görə alış-veriş aparır. Məs. dövlət məmuru və amerikan fəhləsinin tələbləri: məmur maşın (“Mersedes”) haqqda düşünür, fəhlə-geyim, qida.
ABŞ-da konkret tələblərini 1 illik hesablayıb və onun əsasında növbəti il üçün istehsalı tənzimləyirlər.
Məs. 1 il ərzində amerikalılar-67 merd. yumurta, 2  merd. cücə və s. məhsul istifadə etmişdir.
Lakin tələblər kifayət qədər etibarlı göstərici deyil.
4. Əmtəələr-tələbatı yaxud ehtiyacı ödəyə bilən və diqqətin cəlb edilməsi, alınmasını, istifadə yaxud istehlak olunması məqsədi ilə bazara təklif olunan hər bir şeydir.
Əmtəə istehlakçının arzularına nə qədər dolğun cavab verirsə, istehsalçı bir o qədər böyük müvəfəqiyyət əldə edir.

Əmtəənin istehlakçı dəyəri

Məntiq burdadır ki, istehsalçılar mal satmaq istədikdə istehlakçıları axtarıb tapmalı, onların tələbatlarını öyrənməli və bundan sonra bu tələbatları daha dolğun ödəyə biləcək məhsul yaratmalıdır.
“Əmtəə” məfhumu yalnız fiziki obyektlə məhdutlaşmır. Xidmət göstərə bilən, yəni ehtiyacı ödəyəcək hər bir şeyi əmtəə adlandırmaq olar.
Bundan başqa şəxsiyyətlər, yerlər, təşkilatlar, fəaliyyət növləri, və  ideyalar da əmtəə ola bilər.
5) Mübadilə-arzu olunan obyektin kimdənsə alınması əvəzində ona hər hansı başqa şeyin təklif edilməsi hadisəsidir.
Mübadilə ayrı-ayrı şəxslərin arzuladığı obyekti əldə etməsi üçün mövcud olan 3 usuldan biridir:

    1. özünütəminat-meyvə yığmaq
    2. dilənçilik
    3. mübadilə

Könüllü mübadilənin baş verməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır:

  1. Ən azı 2 tərəf olmalıdır
  2. Hər kəs digərinə lazım olan nəyisə almalıdır
  3. Hərə öz əmtəəsini çatdirmağı bacarmalıdır
  4. Iki tərəfdə mübadilətə razı olmalıdır
  5. Bu mübadilə iki tərəfədə fayda verməlidir

6. Sövdələşmə-dəyərlilərin iki tərəf arasında kommersiya mübadiləsidir.
A tərəfdən B tərəfə 400% televizor alınır. Bu klassik pul sövdələşməsidir. Bunun əsas tərəfləri:
1) İki tərəfin olması
2) Razılaşdırılmış şərtlərin olması
3) Sövdələşmənin vaxtının təyini
4) Sövdələşmənin yeri müəyyən olmalı
Əsas odur ki, sövdələşmə kağız üzərində olur, və onu iki tərəfdə imzalayır.
Barter sövdələşməsi gedişində əmtəələrin əvəzində xidmətlərdə mübadilə oluna bilər. Məs. hüquqçu A müayinə (tibbi) əvəzində B-yə vəsiyyətnamə tərtib edəcək.
Bir çox iri firmalarda barterdən istifadə edilir. Həttad bu əməliyyatları keçirmək üçün xüsusi barter şirkətləri yaranmışdır. “Barter sistems” şirkəti ABŞ müxtəlif ştatlarında 62 əmtəədəyişmə mərkəzinə malikdir.
Dəyəri 300 min $ olan quru süd, popkorn təyyarəyə dəyişilir.
7. Bazar-mövcud olan və potensial əmtəə alıcılarının məcmusudur.
Əmtəə mübadiləsinin 3 üsulu:

Əmtəə mübadiləsinin 3 üsulu:

Şəxslərin və sövdələşmələrin sayı artdıqca, tacirlərin və bazarların sayıda çoxalır. Inkişaf etmiş ölkələrdə bazar heç də satıcıların və alıcıların mütləq görüşüb və sövdələşmə apardıqları fiziki yer deyil. Müasir rabitə və nəqliyyat vasitələrinin mövcud olduğu şəraitdə tacir alıcılarla əlaqə yaratmadan axşam televiziya vasitəsi ilə mal reklam verib, sabahı gün telefonla yüzlərcə sifariş yığıb sonrakı gün poçt vasitəsilə malları göndərə bilər.
Bazarlar müxtəlif olur-əmtəə, (fond) qiymətli kağızlar, valyuta və əmək bazarı.

Top