2012-ci ildə dünyanı bürüyəcək 10 trend

2012-ci ildə dünyanı bürüyəcək 10 trend

Dünyanın ən məşhur bazar münasibətləri brendi olan JWT qarşıdakı ilidə istehlakçıların maraqlarını yönəldəcək və ya ona güclü təsir göstərəcək meyllərə dair 7-ci illik proqnozunu açıqlayıb.
Bəzi meyllərin mərkəzində davamlı iqtisadi güvənsizlik, yeni texnologiyalar və birgə məsuliyyət ideyası dayanır yaxud onların aparıcı qüvvəsini təşkil edir. Ehtimallara əsasən, inkişaf etmiş ölkələrdə “yeni normal” davamlı normala çevrildikcə iqtisadiyyat brendləri qiymətlərə həssas olan istehlakçılara daha açıq olmağa məcbur edəcək. Bununla bərabər, özünə yeni imkanlar açmağa qadir olan gənclər ilə birlikdə qarşıdakı çətin dövr müəssisəçilik yaradacaq.

View more pre Məruzəyə daxil edilən digər əsas meyllər:
• Qida yeni ekoloji məsələ kimi: Maraqlı tərəflər, o cümlədən brendlər, hökümətlər və fəalların təşkilatları maarifləndirmə işini genişləndirdikcə, satılan qidaların növü və istehsal üsulunu araşdırdıqca qida seçimimizin ekoloji nəticələri daha qabarıq narahatlığa səbəb olacaq. Daha çox bölgə qida çatışmazlığı və qiymət artımı ilə mübarizə apardıqca, “yaşıl təcrübə”lər sırasına qidaya dair daha ağıllı təcrübələr qoşulacaq;

• Təsadüflərin təhlili: Daxili aləmimiz fərdiləşdikcə və fikirlərimiz gizlədildikcə — diqqət yetirdiyimiz mənalar, təcrübələr və insanlar azaldıqca — təsadüflər, kəşvlər, ruhlandırma və rəy müxtəlifliyinin yenidən təqdim olunmasına daha cox güc veriləcək;

• Evlənmə rahatlığı: Getdikcə daha çox qadın evliliyi vacib əsas kimi götürməyən həyata üstünlük verir. Həm bu cür həyata öyrəşən Qərbdə, həm də bu tip düşüncənin özünə yer eləməyə başladığı Şərq cəmiyyətlərində xoşbəxtlik ya təkbaşına evdarlıq, ya vətəndaş nigahı ya da tənha analığa bərabər tutulur.
JWT-J. Walter Thompson kreativ reklam agentliyinin loqosu
JWT-nin trendlərin müəyyənləşdirilməsi qrupunun rəhbəri An Mek (Ann Mack) bu təhlilin məqsədlərini belə açıqlayır: “İllik meyl ehtimallarımızla biz ətrafda baş verənlərə diqqət yetirməyə, o cümlədən brendlərdən uzaq düşən ideyalara, kateqoriyalara və istehlakçı kütlələrinə ruh verməyə, həmçinin ticarətin qapılarını qaynar imkanların üzünə açmağa çalışırıq. İstənilən məcmu və fəal insan fenomeni kimi meyllər də əncədən məlum olmur – onlar müəyyən edilir və formalaşdırılır.”

JWT-nin “2012-ci ilin 10 trendi” il ərzində aparılan say və keyfiyyət araşdırmaları və mütəxəssis təhlilinə söykənir. Araşdırma 25-dək bazarda çalışan 70 nəfərə qədər JWT layihəçisinin fəaliyyəti, mütəxəssis, həmçinin texnologiya, bər-bəzək istehsalçıları, ictimai məsuliyyət üzrə təhlilçilər və elmi dairələrdə söz sahibi olan şəxslərdən müsahibələr əsasında hazırlanıb.
JWT-nin əvvəlki proqnozları arasında 2011-ci il üçün “Texnologiyadan Uzaqlaşma” (daha çox insanın texnologiyadan müvəqqəti də olsa aralanması), 2010-dakı “Hər Şey Məkana Bağlı” (mobil telefon vasitəsilə məlumat təqdim edən xidmətlər), 2009-dakı “Kiçik Hərəkat” (evlərdən tutmuş avtomobil və mobil telefonlara qədər “hər şeyin irisi” fikrindən daşınma) və 2008-dəki “Köklü Şəffaflıq” (“heç nə sirr deyil” ruhlu bəzi online hərəkətlər) kimi təhlilləri xatırlatmaq olar.

“2012-ci ilin 10 trendi” məruzəsi JWTIntelligence.com saytında da yerləşdirilib.

 

Top