Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəyyənləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məqsəd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyənləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləşdirilməsini tələb edir.
Reklamın marketinq təsnifatı reklamın kimin adından verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə, hansı əsas məqsəd üçün verilməsinə görə daha xırda, xüsusi növlərə ayrılmasını özündə birləşdirir. Reklamın marketinq təsnifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.
Reklamın marketinq təsnifatı reklam fəaliyyətinin həyata keçirilməsində mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Reklam aşağıdakı növlərə bölünür: Reklamın bu növlərini ayrı-ayrılıqda nəzərdən keçirək: b) . Hansı reklam vasitəsilə yayılmasına görə: c) . Hansı əsas məqsəd üçün verilməsinə görə: 2. Topdan və pərakəndə ticarətçilər tərəfindən verilən reklam: Əhatə etdiyi auditoriyaya görə fərdi istehlakçılara yönəldilən reklama, yayım vasitəsinə görə yerli qəzetlər, radio, televiziya, jurnallar, lövhələr, nəqliyyat vasitələri, birbaşa poçt vasitəsilə yayılan reklama və s. ayrılır. Bu zaman əsas məqsəd konkret mağazaya, topdan ticarət müəssisəsinə alıcıların xoş münasibətini formalaşdırmaqdan ibarətdir. 3. Fərdi şəxslər adından verilən reklam: Əhatə dairəsinə görə digər şəxslərə, müəssisə və təşkilatlara yönəldilən reklama, yayılma vasitəsinə görə yerli qəzetlər, plakatlar, həmçinin kabel televiziyası vasitəsilə yayılan reklama ayrılır. Bu zaman əsas məqsəd, konkret məhsulun alınmasının həvəsləndirilməsindən ibarətdir. 4. Hökümət, ictimai təşkilatlar və quruplar adından verilən reklam: Əhatə dairəsinə görə fərdi istehlakçılara, dövlət təşkilatlarına, qruplara, cəmiyyətlərə və assosasiyalara, geniş istehlakçı kütləsinə və mütəxəssislərə yönəldilən reklama ayrılır. Bu zaman əsas məqsəd siyasi və kommersiya sahəsində nailiyyətlər əldə etmək məqsədilə həyata keçirilən tədbirlərin səmərələliliyini yüksəltməkdən ibarətdir. Reklamın yuxarıda baxılan təsnifatından bizi ən çox maraqlandıran istehsalçılar adından verilən reklamdır. Odur ki, onun üzərində bir qədər ətraflı dayanmaq daha məqsədəuyğundur. İstehsalçılar adından verilən reklam bir çox müxtəlif növlərə ayrılır və çoxumuz onların əksər hissəsi ilə demək olar ki, qarşılaşmışıq. Onların müxtəlif növlərini ayrılıqda nəzərdən keçirək: İstehlakçılara yönəldilən reklam. Bəzi hallarda istehsalçıların kommersiya maraqları onları məcbur edir ki, fərdi istehlakçılar tərəfindən onların məhsullarının alınmasında öz səylərini və həyata keçirdikləri reklam tədbirlərini birləşdirsinlər, birgə reklam kampaniyasını həyata keçirsinlər. İstehsalçılar bəzən öz məhsullarının topdan və pərakəndə satıcıları ilə də razılaşmalar əldə edirlər və onları birgə reklam kompaniyasına cəlb edirlər. Ticarət sahəsinə yönəldilən reklam Bəzən reklamda istehlakçıların qarşılaşdığı məhsula topdan və pərakəndə satıcıya, yəni ticarət sferasına yönəldilən reklama da rast gəlinir. Reklamın bu növünü tətbiq edən istehsalçılar gələcəkdə onların məhsulunun satılmasında yardımçı olan topdan və pərakəndə ticarətçilərin diqqətini cəlb etməyə səy göstərir, onların həmin məhsulu satmaqda maraqlarını artırırlar. Ticarət sahəsinə yönəldilən reklam ticarətçilərin reklam olunan məhsulun ehtiyatını yaratmaq və onların satışını həyata keçirməkdə maraqlarını artırmaq məqsədi daşıyır. Eyni zamanda bəzi istehsalçılar öz məhsullarını pərakəndə ticarətçiyə təklif edirlər ki, onlar həmin məhsulu öz mağazalarının adı altında satsınlar. Ticarət sahəsinə yönəldilən reklam istehsalçı-topdan ticarətçi ilə pərakəndə ticarətçi arasında çoxşaxəli qarşılıqlı əlaqənin yaranmasına və möhkəmlənməsinə xidmət edir. Bəzən reklam vasitəsilə ticarət sahəsinə yönəldilən informasiya istehlakçılara yönəldilən informasiyadan çox olur. Daha çox mənfəət əldə etmək məqsədini güdən topdan və pərakəndə ticarətçilər reklamda mühasibat nöqteyi-nəzərindən maraqlı olan məlumatların olmasını çox qiymətləndirirlər. Bunun əksinə olaraq istehlakçıları ümumi xarakterə malik olan reklam daha çox maraqlandırır. Odur ki, bu reklam növünü tətbiq edərkən həm topdan və pərakəndə tacirlərin, həm də istehlakçıların maraqları qarşılıqlı əlaqədə uzlaşdırılmalı, eyni dərəcədə nəzərə alınmalıdır. Mütəxəssislərə yönəldilən reklam 1) Reklam olunan məhsulun şəxsi istifadə üçün alınmasını həvəsləndirmək. Hər iki halda istehsalçılar reklamı ayrı-ayrı şəxslərə, onların xidməti peşəkarlığına yönəldirlər. Bu cür reklamın həyata keçirilməsində geniş istifadə olunan birbaşa poçt reklamından əlavə, reklamın yayım kanalları kimi, lazım olan bazarı əhatə etməyə hesablanmış, minlərlə xüsusi formada çap olunan yazılardan da istifadə edilir.Mütəxəssislərə yönələn reklamın əksər hissəsi texniki xarakter daşıyır və müvafiq auditoriyanın professional maraqlarına və biliklərinə cavab verməyə hesablanılır.Qeyd olunanlardan əlavə, qarşıya qoyulan məqsədlərdən asılı olaraq imic reklamı, həvəsləndirici reklam, sabitlik reklamı kimi reklam növlərindən də istifadə olunur. İmic reklamı. Stimullaşdırıcı reklam.
Stimullaşdırıcı reklamın əsas vəzifələri firmanın məhsuluna olan tələbatın stimullaşdırılmasını həyata keçirmək, alıcıları mal alışına həvəsləndirməkdən ibarətdir. Adədən xırda və orta fırmalar məhsul haqqında stimullaşdırıcı reklam elanlarını verərkən imic reklamının elementlərini də göstərməyə çalışırlar. Çünki bu cür firmalar bir qayda olaraq ayrıca imic-reklam vermək imkanına malik olmurlar. Məqsədli imic-reklam adətən iri fırmalar tərəfindən böyük reklam kampaniyası həyata keçirilərkən verilir. Reklam kompaniyasmı həyata keçirərkən rəqib firmaların ünvanına və onların məhsulları haqqında mənfi fıkir söyləməyə yol verilmir. Birincisi, bu etika nöqteyi- nəzərindən düzgün hesab edilmir və hətta bir çox ölkələrdə bu qanunla tənzimlənir. İkincisi, bu cür reklam yayımı bir qayda olaraq rəqiblərin xeyrinə olur, çünki onlar əlavə reklam əldə etmiş olurlar və ola bilər ki, bu zaman rəqiblərin məhsulu daha çox yadda qalsın. Üçüncüsü, psixoloji nöqteyi-nəzərdən alıcılarda reklam olunan məhsulun keyfiyyətinə şübhə yarana bilər. Nəzərdə saxlamaq lazımdır ki, stimullaşdırıcı reklam adətən imic-reklamm tərkib hissəsi hesab olunur. Firma və onun məhsulu haqqmda bir neçə müxtəlif reklam elanı verildikdə bu alıcılarda firma haqqında elə təsəvvür yarada bilər ki, o fırmanın həqiqi obrazına uyğun gəlmir. Odur ki, reklam tədbirlərini hazırlayıb həyata keçirərkən firma öz imicini unutmamalı, onu qoruyub saxlamağa və daha da yaxşılaşdırmağa çalışmalıdır. Bütün bunlara nail olmaqda firmanın ümumi reklam kampaniyasının düzgün planlaşdırılması və həyata keçirilməsi mühüm rol oynaya bilər. Stimullaşdırıcı reklam üçün ən səmərəli yayım vasitəsi kimi aşağıdakılar daha məqsədəuyğun hesab edilirlər: Azərbaycanda stimullaşdırıcı reklam ümumi reklamın tərkibində çox az yer tutur. Bu, əsasən onunla izah olunur ki, Azərbaycanda yerli istehsalçılar arasında güclü rəqabət yoxdur və onlar öz məhsullarının keyfiyyət xarakteristikasını reklam etdirməyə ehtiyac duymurlar. Bu zaman əsas vəzifə məhsul və firma haqqında məlumatları daha çox alıcıya çatdırmaqdan ibarətdir. Sabitlik reklamı. Sabitlik reklamı üçün ən səmərəli yayım vasitəsi aşağıdakılar hesab olunur: Qeyd etmək lazımdır ki, əksər firmalar yeni istehsal edilmiş məhsulu bazara çıxarmazdan əvvəl xüsusi reklam kampaniyası həyata keçirirlər. Bu cür reklam verilməsində əsas məqsəd bazara yeni çıxarılacaq məhsul haqqında istehlakçılara məlumat vermək, onlarda məhsula xoş təsəvvür yaratmaqdan ibarətdir. Firmanın yeni məhsulu bazara çıxarmazdan əvvəl reklam kampaniyasını həyata keçirməsi, müəyyən tarixdən bazara yeni məhsul çıxaracağı barədə alıcılara qabaqcadan məlumat verməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Qabaqcadan verilən reklamın müddəti müxtəlif olur. O, adətən iki aya qədər müddət ərzində həyata keçirilir. Belə bir reklamın həyata keçirilməsi öz növbəsində reklam kompaniyasının böyüklüyündən, istehsalın həcmindən, məhsul bazara çıxarıldıqda əldə edilməsi nəzərdə tutulan mənfəətin məbləğindən asılı olur. Reklam kampaniyasının planlaşdırılması və həyata keçirilməsi reklamın yayım formalarının seçilməsindən çox asılıdır. Reklamda demək olar ki, bir-birinə əks olan iki yanaşma mövcuddur:-geniş və səmərəli. Bu yanaşmalardan hər hansı birinin seçilməsi fırmanın maliyyə vəziyyətindən, onun reklama ayırdığı vəsaitin məbləğindən asılıdır. «Geniş» yanaşma zamanı fırma demək olar ki, xərclərə məhəl qoymur, istənilən qəzet və jurnallarda reklam yerləşdirir, geniş radio və televiziya reklamlarını həyata keçirir. Təbii ki, reklama bu cür geniş yanaşma yaxşı nəticələr əldə etməyə, o cümlədən, satışın həcmini artırmağa və yüksək mənfəət əldə etməyə imkan verir. Lakin heç də həmişə əldə edilən nəticələr çəkilən xərclərə uyğun gəlmir. Bəzən isə bir sıra fırmaların gəlirləri bu cür xərclərə imkan vermir. Odur ki, bir çox hallarda reklam kampaniyasını həyata keçirərkən səmərəli yanaşmadan istifadə etmək daha məqsədəuyğun hesab edilir. Səmərəli yanaşma zamanı reklam kampaniyası fırmanın maliyyə imkanları nəzərə alınmaqla, reklam büdcəsi diqqətlə hesablanılmaqla, reklam tədbirləri hərtərəfli düşünülməklə, reklamın yayım vasitələri düzgün seçilməklə həyata keçirilir. Reklamın müxtəlif yayım formaları mövcuddur. Onları ayrı-ayrılıqda nəzərdən keçirək. Qəzet və jurnallarda yayılan reklam. Qəzet və jurnalları ümumi və xüsusi mətbuata ayırmaq olar. Yayılma yerinə və ərazi dairəsinə görə onlar yerli və mərkəzi mətbuata bölünürlər. Qəzetləri yaydıqları informasiyanın xarakterindən asılı olaraq aşağıdakı növlərə ayırmaq olar: Qəzetlərin bu cür növlərə bölünməsi təqribi xarakter daşıyır. Belə ki, oxucu kütləsinin sayı həm qəzetlərin satıldığı ərazidən və onların istiqamətindən, həm də xarakterindən və xüsusiyyətindən asılı olur. Televiziyada reklam. Reklamın bu yayım forması ən bahalı və yüksək səmərə verən kütləvi reklam növü hesab edilir. Televiziyada müxtəlif xarakterə malik olan, əhali tərəfindən müxtəlif səviyyədə baxılan çoxlu sayda kütləvi və siyasi proqramlar, filmlər yayılır. Verilən reklam bu proqramların, fılmlərin xüsusiyyətləri və müxtəliflikləri, daha çox baxılan olması nəzərə alınmaqla həyata keçirilməlidir. Kütləvi tələbat malları haqqında verilən reklamın yüksək baxıcı reytinqinə malik olan proqramlarda və filmlərdə, istehsal-texniki təyinatlı məhsullar haqqında verilən reklamın isə xüsusi tematik proqramlarda yerləşdirilməsi daha məqsədəuyğundur. Belə ki, işgüzar adamların əksəriyyəti dincəlmək məqsədilə adətən əyləncəli proqramlara və maraqlı filmlərə baxırlar. Lakin «Biznes saatı» proqramına sahibkarların yalnız müəyyən bir hissəsi əllərində karandaş xırda bir məlumatı qeyd etmək üçün baxırlar. Radioda reklam. Radioda reklam yayımının həyata keçirilməsi məqsədilə bu və ya digər verilişlərə sponsorluq etmək imkanı əldə edirlər. Hal-hazırda radionun geniş imkanlarından, maraqlı musiqi proqramlarmdan, müxtəlif verilişlərdən və səslərdən istifadə edilməklə maraqlı radio-kliplər meydana gəlmişdir. Bu isə effektli radio-reklamı həyata keçirməyə imkan verir. Reklam şitləri. Reklamm bu yayım forması məhsulun və ya firmanın obrazını yaratmağa və yadda saxlamağa imkan verən yerüstü şitlərdən istifadə edilməsini nəzərdə tutur. Reklam şitləri onların yanından piyada və nəqliyyat vasitələrində keçib gedən insanlara ünvanlanır. Bu reklam növünə əsasən şitlər, elektron tablolar, qaçan sətirlər formasında işıq reklamı və s. aid edilir. Nəqliyyat vasitələrində reklam. Bu reklam forması nəqliyyat vasitələri üzərində reklam yerləşdirilməsini nəzərdə tutur və əsasən kütləvi tələbat mallarınm və xidmətlərin reklam edilməsində daha səmərəli hesab edilir. Metroda reklam. Bu reklam forması reklam şitlərinin metronun keçidlərində, gözləmə zallarında, vaqonlarda yerləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı, metrolarda radio reklamdan da istifadə edilir. Bu zaman mağazaların, malların və ayrı- ayrı xidmətlərin reklam edilməsi daha məqsədəuyğun hesab edilir. Sərgilər. Bu reklam forması yalnız firmanın öz məhsullarmı reklam etdirmək məqsədi daşımır. Bu zaman həm məhsul satışı və göndərilməsi üzrə müqavilələr bağlanması həyata keçirilir, həm də rəqiblərin məhsulları ilə tanış olmaq, onları öyrənmək imkanı yaranır. Sərgi seçilmiş mövzuya uyğun, düzgün təşkil olunduqda həm məhsulun, həm də bütövlükdə firmanın reklam olunmasına geniş imkan yaranır. Birbaşa poçt reklamı. Reklamm bu forması vətəndaşlarm ixtisasları, maraqları və digər xüsusiyyətləri üzrə məlumatlar olmadığı hallarda kütləvi tələbat mallarının reklamını həyata keçirmək məqsədi daşıyır. Bu zaman malların satış zonasına yaxın olan ərazilərdə yerləşən poçt qutularına kütləvi surətdə qoyulması həyata keçirilir. İstehsal- texniki təyinatlı malların birbaşa poçtla göndərilməsi potensial alıcılara təsir etmənin ən səmərəli üsullarından hesab edilir. İstehlak malları üzərində reklam. Bu reklam forması malların, onların yerləşdirildiyi qabların, paketlərin üzərində reklam yerləşdirilməsini nəzərdə tutur, kütləvi tələbat malları, ümumilikdə firma üçün daha effektli reklam hesab edilir. Hava şarlaında reklam. Bu xüsusi reklam forması olmaqla adətən kütləvi gəzintilərin, şənliklərin keçirildiyi vaxtlarda tərtib edilir. Reklamın yuxarıda qeyd olunan yayım formalarından hər hansı birinin seçilməsi firmanın reklam üzrə qarşıya qoyduğu məqsəd və vəzifələrdən, maliyyə vəziyyətindən, reklam etdiyi malın xüsusiyyətlərindən və digər amillərdən asılı olaraq həyata keçirilir. Reklam fəaliyyətinin qarşısında qoyulan məqsədlərdən asılı olaraq aşağıdakı formaları da mövcuddur: 1.İnformasiya xarakterli reklam. Bu reklam forması əsasən məhsulun bazara çıxarılma mərhələsində tətbiq edilir və əsas məqsədi məhsul haqqında, onun tətbiq sahələri və s. haqqında məlumat vermək və bunun sayəsində məhsula tələbat yaratmaqdır. 2.İnandırma və tövsiyə xarakterli reklam. Bu reklam satışın həcminin artması mərhələsində tətbiq edilir və əsas məqsədi firmanın məhsuluna, markasına üstünlük verilməsi, həmin məhsulun alınmasına istehlakçını inandırmaq, firmanın markasına bağlılıq yaratmaq və s. ibarətdir. 3.Yada salma xarakterli reklam. Reklamın bu forması məhsulun həyat dövranının yetkinlik mərhələsində tətbiq edilir. Bu reklam formasının qarşısında satışın həcmini stabilləşdirmək, məhsulun bu və ya digər parametrlərini, onun tətbiq sahələrini və s. istehlakçıların yadına salmaq, xatırlatmaq məqsədi qoyulur.
1.İstehsalçılar adından verilən reklam. Bu reklam növü:
a) Əhatə etdiyi auditoriyaya görə:
Əksər istehsalçılar fərdi qaydada reklamdan istifadə edirlər ki, konkret məhsul istehlakçılarının tələbinin formalaşdırılmasına təsir göstərə bilsinlər, onların mal alışını həvəsləndirsinlər. Onlar televiziya, radio, gündəlik və həftəlik qəzetlər, jurnallar, reklam lövhələri, nəqliyyat vasitələri, birbaşa poçt reklamı, kataloqlar, kuponlar, hava şarları vasitəsilə yayılan reklam vasitəsilə istehlakçıların diqqətini konkret məhsula yönəldirlər, onlara məhsul haqqında lazımı informasiya ötürürlər.
Bu reklam fəaliyyəti ən az qarşılaşdığımız, xüsusi, işgüzar məqsəd daşıyan reklam növlərindən biridir. Bu halda söhbət o istehsalçılardan gedir ki, onlar öz reklamlarını fərdi mütəxəssislərə, aşağıdakı iki məqsədlə ünvanlandırırlar:
2) Reklam olunan məhsulun konkret mütəxəssislər tərəfındən istifadə edilməsini təklif etmək və həvəsləndirmək.
Bu cür reklam əsasən firmaya və onun məhsuluna xoş münasibətin formalaşmasını nəzərdə tutur. Onun əsas məqsədi potensial alıcıları məhsulla, onun texniki-iqtisadi göstəriciləri ilə, təyinatı ilə, firmanın fəaliyyət istiqamətləri ilə, tarixi ilə yaxından tanış etmək, firma haqqında, onun konkret məhsulu haqqında xoş təsəvvür yaratmaqdan ibarətdir. Ümumilikdə götürdükdə imic reklamının həyata keçirilməsində əsas məqsəd geniş əhali kütləsində firmanın və onun məhsulunun müsbət obrazını yaratmaqdır. Bu reklam digər reklam növlərinə nisbətən daha geniş fəaliyyət dairəsini və əhali kütləsini əhatə edir. Bu da ondan irəli gəlir ki, firma öz fəaliyyətini və ya məhsul çeşidini genişləndirdikdə, yeni məhsul və ya fəaliyyət növünə artıq əhalidə müsbət münasibət yaranmış olur. İmic reklamı üçün ən səmərəli yayım vasitəsi aşağıdakılar hesab olunur:
-televiziyada reklam rolikləri;
-reklam lövhələri;
-nəqliyyat vasitələrində reklam;
-məşhur qəzet və jurnallarda reklam;
-mətbuatda, radio və televiziyada xüsusi proqramlarda iştirak etmək.
Azərbaycanın reklam təcrübəsində imic reklammdan bir qayda olaraq bazarda sabit vəziyyətə və gəlirə malik olan iri firmalar, şirkətlər istifadə edirlər. Onlar əsasən istehsalla və ya mal satışı ilə məşğul olurlar.
Bu reklam növü əsasən alıcıların tələbatının artırılmasına, mal alışının stimullaşdırılmasına yönəldilir. Onun istiqaməti məhduddur. Lakin bu zaman bir qədər böyük istehlakçı auditoriyasına müraciət etmək lazım gəlir. Bir çox hallarda potensial alıcıların sayını müəyyən etmək çətin olur. Belə hallarda daha geniş auditoriyaya müraciət edilməsi təsadüfi xarakter daşıyır. Bu reklam çox yayılmış reklam növlərindəndir. Bu zaman məhsulun əsas üstünlüklərini, analoji məhsulla müqayisədə müsbət cəhətlərini qeyd etmək mümkün olur.
-qəzet və jurnallarda təkrar olunan reklam yazıları;
-birbaşa poçt göndərişləri;
-radioda reklam;
-sərgilərdə iştirak etmək;
-televiziyada reklam.
Bu reklam növünün əsas vəzifəsi ondan ibarətdir ki, hətta firmanın məhsuluna sifariş verildiyi şəraitdə, məhsul satışının lazımı səviyyədə həyata keçirildiyi halda, fırmalar əldə etdikləri nəticələri qoruyub saxlamaq məqsədilə müəyyən dövrdən bir xüsusi reklam tədbirlərini həyata keçirirlər.
-fırmanın fəaliyyəti və məhsulu haqqında məqalə şəklində gizli reklamın verilməsi;
-sərgilərdə iştirak etmək;
-daimi tərəf müqabillərə firmanın illik fəaliyyəti barədə hesabatın göndərilməsi.
-məlumatlar qəzeti (burada əsasən siyasi və ümumi xarakterə malik olan məlumatlar verilir, reklamın xüsusi çəkisi az olur).
-kommersiya qəzeti (burada adətən biznes problemləri, valyuta məzənnələri, birja məlumatları, məhsullar və qiymətlər barədə məlumatlar dərc edilir. Məlumatlar qəzetinə nisbətən burada reklamm xüsusi çəkisi yüksək olur).
-reklam-kommersiya qəzetləri (burada əsasən reklam elanları verilir) Bu qəzetlərin hər birinin özünəməxsus oxucu auditoriyası mövcuddur. Birinci qrupa aid olan qəzetlər daha kütləvi hesab olunurlar. Lakin onlarm oxucuları arasmda biznesmenlərin, iş adamlarının xüsusi çəkisi nisbətən az olur. İkinci qrup qəzetlərin oxucuları arasında isə iri və orta biznesmenlər, iş adamları, sahibkarlar yüksək yer tutur. Üçüncü qrup qəzetlərin oxucuları adətən xırda bizneslə məşğul olan iş adamları və öz problemlərini həll etməyə çalışan əhali kütləsi hesab edilir.
Müəllif: A.S.Aşurov | «Marketinqin kommunikasiya sistemi» dərsliyindən