Kayzen.az ailəsi olaraq Avropanın ən gözəl və tarixi şəhərlərindən biri hesab edilən Madridin gəzməli və görməli yerləri haqqında maraqlı məlumatları oxucularımızın diqqətinə çatdırırıq. İspaniyaya 1561-ci ildən paytaxtlıq edən bu şəhər Avropanın ən yüksək paytaxtlarından biridir və dəniz səviyyəsindən 651 metr yüksəklikdə salınmışdır. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhər tarixi tikililəri, muzeyləri, geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.
Madrid Prado Muzeyi: Madridin görüləcək yerlər arasında ön sıralarda olan Prado Muzeyini ildə təxminən 2 milyon turist ziyarət edir. Picasso kimi məşhur rəssamların əsərləri burada sərgilənir.
Madrid Royal Palace: İspaniyanın ən gözəl və ehtişamlı tikililərindən biri olan Madrid Royal Palace kraliyət sarayıdır və 18-ci yüz illikdə inşa edilmişdir. Bu gün də görkəmindən bir şey itirməmiş sarayın tikintisi 25 ildən çox davam etmişdir. Sarayda 2800 ədəd otaq mövcuddur. Royal Palace yaxınlığında yer alan Madridin ən böyük kilsələrindən biri olan La Almudena Cathedrali ilə birlikdə Madridin gəziləcək yerlərindən biridir.
Madrid Plaza de Mayor: Meydanları ilə məşhur olan Madridin ən görməli yerlərindən biri də Plaza de Mayordur. Bənzərsiz bir məkan olan Plaza de Mayor Kral III Filipin hakimiyyəti dövründə memar Gomez de Mora tərəfindən 1619-ci ildə inşa edilmişdir. Bura o zamanlar yaşayış binası olaraq inşa edilmişdir, eyni zamanda ortasındakı boş sahədə öküz güləşləri və festivallar keçirilirmiş. Burada yaşayan insanlar evlərinin eyvanından burada keçirilən nümayişləri izlərmişlər. Meydanın ortasında Kral III Fhilipin heykəli yerləşir.
Madrid Puerto Del Sol: Sol meydanı Madridin ürəyi hesab edilir və turistlər üçün mütləq görülməsi lazım olan yerlərdən birdir. Puerto Del Sol «Günəş qapısı» mənasını verir. İspaniyanın «0» nöqtəsi, tam mərkəzi kimi qəbul edilir. İspaniya və dünyadakı bütün şəhərlərə uzaqlıqlar Sol Meydanında olan «0» nöqtəsindən hesablanır. Meydandakı ayı heykəli Madridin simvolu sayılır. Yeni il şənlikləri məhz bu meydanda qeyd edilir.
Madrid Plaza de Cibeles: Madridin gəziləcək yerləri arasında olan Cibeles Meydanı Madridə gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir. Xüsusilə meydanda olan Cibeles Palace — Kibele Sarayı çox diqqət çəkən bir tikilidir. Fountain of Cibeles — Kibele Fəvvarələri isə Madriddə ən çox fotoşəkil çəkilən yerlərdən biridir.
Gra Via Küçəsi: Madrid şəhərini tanımağın ən gözəl və ən zövqlü yollarından biri küçələrdə gəzmək və kafelərdə zövqlü vaxt keçirmək və alışveriş etməkdir. Gra Via Madridin ən böyük küçələrindən biridir. Məşhur kafelər, restoranlar, kinoteatrlar və mağazalar bu küçədə yerləşir.
Sol-Salamanca bölgəsi: Alışveriş üçün turistlər tərəfindən ən çox baş çəkilən bölgə olma xüsusiyyətini daşıyır. Sol və Gran Via küçələri arasında qalan bu bölgədə El Corte Inglés, Zara, Gran Via 32, H & M, Sephora, Pimkie, Chanel, Versace, Hermes, Hugo Boss, Louis Vuitton, Giorgio Armani, Dolce & Gabbana və Hugo Boss kimi brend mağazaları tapmaq mümkündür.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.