Qış tətilində gəziləcək avropa şəhərləri

Qış tətilində gəziləcək avropa şəhərləri

Çoxlarımızda tətil dedikdə ağıla yaz mövsümü gəlir kimi bir düşüncə hakimdir. Halbuki, bəzi şəhərlər qış aylarında daha gözəldir. Üstəlik bu dövrdə müzeylərda yaranan növbələr daha az, hotel və təyyarə qiymətləri daha ekonomik olur. Turist sayı az olduğundan administratorlar tərəfindən daha çox maraq və əlaqə görəcəksiniz. Qış aylarını bir az da olsun rəngləndirmək, qış tətilində uşaqlarla evə qapanmamaq üçün Lonely Planetin təklif etdiyi, qış mövsümünün ən gözəl yaşandığı şəhərlərə bir göz ataq:

Budapeşt, Macarıstan

Varosligeti Müjegpalya, şəhərin mərkəzindəki ən böyük park. Qış mövsümündə nəhəng bir buz konkisi sahəsinə çevrilir. Meşə havası ilə tənəffüz edərək edilən buz konkisindən sonra kiçik şəhər kafeləri və termal hamamlar isinmək üçün əla seçimdir.

Jasna, Slovakiya

Xizək sevənlər üçün ideal şəhərlərdən biri. Alp dağlarındakı sıxlıq və bahalı hotellərin əksinə, burada uyğun qiymətə xizək yamacları, hotellər  və kafelər, bir də Alplarda olmayan gülərüzlü xidmət var. Üstəlik yüksək keyfiyyətdə xizək komandaları və enmə zolaqları mövcuddur. Tatras dağlarının qarlı şam ağacları arasındakı enmə zolaqları ən yaxşı xizək mərkəzlərindəndir.

Transilvaniya, Rumıniya

Məşhur vampir Kont Drakulanın evi qiş aylarında səyahət edənlər üçün əla seçimdir. Braşov və Sighişoara Drakulanın olduğu, orta əsrlədən qalma iki gözəl şəhər. Boz bir səma, bir az qar və çılpaq ağaclar bu gəzintiyə daha çox məna qatar.

 

Rovaniemi, Finlandiya

Laplandın paytaxtı və Santanın rəsmi evi olması səbəbiylə milad zamanı gəzilməsi lazım olan şəhərlərdən biri Santa Kəndidir. Dünyanın ən maraqlı muzeylərindən biri olan Arktikum muzeyi şimal qütbünə marağı olanlar üçün xüsusilə görməlidir. Muzeydəki donmuş çay diqqət çəkən nöqtələrdən biridir və yalnız qış mövsümündə bu səhnəni görmək imkanınız vardır.

Abisko, İsveç

Şimal işıqlarının görülə biləcəyi, dünyanın nadir yerlərdən biridir. Üstəlik bu Şimali Skandinaviya şəhərinə avropadan qatarla nəqliyyat mümkündür. Dekabr və Yanvar aylarında tamamilə qaranlıq bir şəhər. Bir neçə həftə boyunca günəş doğmadığından möhtəşəm bir görüntüsü olan şimal işıqlarını izləniləmək imkanınız vardır. Xizək sürmək, haskilerin çəkdiyi xizəklərdə gəzinti də edilə biləcək digər əyləncəli fəaliyyətlərdəndir. İsveçə səyahət edərkən Kirunaya baş çəkib tamamilə buzdan hazırlanmış İcehoteldə gecələmək şansını əldən verməyin. 

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

Top